Mağazanı idarə edir, satışları artırır və yeni müştərilər cəlb edir, güclü satış bacarığı tələb olunur.
Vakansiya haqqında
A Plus Supermarket-dən vakansiya: Mağaza Müdiri tələb olunur
Vəzifə öhdəlikləri:
- Mağazanın xərclərini, stokunu və sifarişlərini düzgün idarə etmək;
- Satış hədəflərinə çatmaq üçün proseslərin optimallaşdırılmasını təmin etmək;
- Satış komandasını motivasiya edərək müştəri məmnuniyyətini artırmaq;
- Rəqib mağazalar üzrə qiymət və məhsul araşdırmaları aparmaq, rəhbərliyə təkliflər vermək;
- Əməkdaşların təklif və şikayətlərini dinləmək, uyğun tədbirlər görmək;
- Müştərilərlə nəzakətli ünsiyyət və məhsul haqqında məlumatlandırmanı təmin etmək;
- Mağazanın, anbarın təmizliyi, vitrin səliqəsi və məhsul yoxlanışına nəzarət;
- Avadanlıqların (soyuducu, tərəzi və s.) işlək vəziyyətdə saxlanmasını təmin etmək;
- Qaytarılacaq malların vaxtında firmalara təhvil verilməsinə nəzarət;
- Mağaza inventarizasiyalarında iştirak və inventar məsuliyyəti;
- Sənədlərin düzgün toplanması, qorunması və mərkəzə vaxtında çatdırılması.
Namizədlərə tələblər:
- Təhsil: Vacib deyil
- İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
- Cins və Yaş həddi: İşin xarakteri və xüsusiyyətləri nəzərə alınaraq, 28-45 yaşında Bəy və Xanım namizədlərin müraciətlərinə üstünlük verilir
- Komanda ilə işləmə və heyəti idarəetmə bacarığı;
- Yüksək işgüzar davranış və etik qaydalara əməl etmək;
İş şərtləri:
- İş qrafiki: 6 günlük iş həftəsi
- İş vaxtı: 08:00–dan 17:00-kimi
- İş yeri: Əhmədli (Movida Plazanın yanı)
Əmək haqqı:
- Başlanğıc aylıq məvacib 1800-2000 manat təşkil edir (Fix əmək haqqı + bonus)
- AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Bu vakansiyada qeyd olunan yaş, cins və ya digər xüsusi meyarlar yalnız işəgötürənin tövsiyə etdiyi və arzuolunan parametrləridir, qəti məhdudiyyət və ya tələb xarakteri daşımır. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən əmək münasibətlərində ayrı-seçkiliyə yol verilmir. Elanın məzmununun doğruluğuna və qanunauyğunluğuna görə tam hüquqi məsuliyyəti elanı yerləşdirən işəgötürən daşıyır.
5/5 - (1 səs)Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Mağaza meneceri üzrə bazar adətən 1 000–1 500 ₼ ödəyir, median — 1 300 ₼.
24 açıq vakansiya, 25 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Mağaza meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
A Plus Marketlər Şəbəkəsi is a supermarket chain in Baku, Azerbaijan, with multiple locations and an online store.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Əhmədli, Movida Plazanın yanındadır.
İş həftəsi 6 gündür, iş vaxtı 08:00-dan 17:00-dəkdir.
Yalnız qeyd olunmuş ünvanına gələn CV-lərə baxılır. Zəng üzərindən müraciətlər qəbul olunmur. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçBu vakansiya tələbələr və part-time iş axtaranlar üçün uyğun deyil.
Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMağaza meneceri üzrə digər açıq elanlar.
Mağazanın gündəlik fəaliyyətini idarə edir və satış hədəflərinə nail olur.
Mağazanın satış hədəflərinə çatdırılması və komandanın motivasiyası üçün rəhbərlik edir, 3 il təcrübə tələb olunur.
Mağazada satış və alış proseslərini idarə edir, müştəri xidməti və satış texnikası bilikləri tələb olunur.




