Müştərilərlə telefon vasitəsilə ünsiyyət qurur və sifarişləri qəbul edir, müştəri xidməti bacarığı tələb olunur
Vakansiya haqqında
“Europark MMC” müştəri təcrübəsinin yüksəldilməsi və xidmət keyfiyyətinin davamlı inkişafı məqsədilə Call Center üzrə Operator vəzifəsinə peşəkar namizədlərin müraciətini qəbul edir.
Əsas vəzifə öhdəlikləri:
- Daxil olan zənglərin şirkətin xidmət standartlarına uyğun şəkildə cavablandırılması
- Sürücülərə xidmətlər barədə dolğun və dəqiq məlumatın təqdim edilməsi
- Sürücü müraciət, təklif və şikayətlərinin sistem üzərindən qeydiyyatı və nəzarətdə saxlanılması
- Müvafiq struktur bölmələri ilə koordinasiyalı işləyərək sorğuların operativ həllinin təmin edilməsi
- Müştəri məmnuniyyətinin və xidmət keyfiyyət göstəricilərinin qorunması
- Gündəlik və aylıq fəaliyyət hesabatlarının hazırlanması
Namizədə dair tələblər:
- Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı,rus dili biliyinin olması mütləqdir
- Yüksək kommunikasiya və dinləmə bacarığı
- Müştəriyönümlü yanaşma və etik davranış prinsiplərinə riayət
- MS Office proqramlarında işləmə bacarığı
- Komandada işləmək və operativ qərarvermə qabiliyyəti
- Müvafiq sahədə 1-2 il iş təcrübəsi mütləqdir
- Xanım namizədlərə üstünlük verilir
Təklif edirik:
- Rəsmi əmək müqaviləsi
- Əmək haqqı: 500-700 AZN
- İş qrafiki: 11:00-19:00
- Peşəkar inkişaf və təlim proqramları
- Stabil və korporativ iş mühiti
Maraqlanan namizədlərdən öz CV-ni mövzu hissəsində “Call Center üzrə Operator” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Müştəri dəstəyi üzrə mütəxəssis üzrə bazar adətən 500–1 000 ₼ ödəyir, median — 700 ₼.
86 açıq vakansiya, 89 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Müştəri dəstəyi üzrə mütəxəssis kimi öz maaşını yoxlaŞirkət haqqında
Fəaliyyət göstərdiyi müddətdə yüksək keyfiyyətli xidmət göstərməklə müştərilərin etibarını qazanmışdır. Peşəkar işçi heyəti ilə sürücülərə həftənin 7 günü, 24 saat dəstək göstərilir və 1 iş günü ərzində ödənişlər hesaba köçürülür.
Müraciətin
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMüştəri dəstəyi üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
Müştəri əlaqələrini idarə edir və loyallıq proqramı üzvlüyünün qeydiyyatını aparır, 1 il təcrübə tələb olunur
Daxil olan zəngləri qəbul edir, müştərilərə tibbi xidmətlər barədə məlumat verir və ünsiyyət bacarığı tələb olunur
Müştərilərlə telefon və digər vasitələrlə ünsiyyət qurur, rus dili tələb olunur.
Mövzu üzrə materiallar

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur



