Müştərilərlə əlaqə qurur, şikayətləri qəbul edir və sənədləşmə aparır.
Vakansiya haqqında
Restoranımıza ünsiyyətcil, məsuliyyətli və sosial media ilə işləməyi bacaran əməkdaş axtarırıq!
Vəzifə öhdəlikləri:
- Qonaqları qarşılamaq və masalara yönləndirmək;
- Telefon, WhatsApp və sosial şəbəkələrdən daxil olan müraciətləri cavablandırmaq;
- Rezervasiyaları qəbul etmək və izləmək;
- Menyu, kampaniyalar və tədbir paketləri barədə məlumat vermək;
- Restoran xidmətlərinin korporativ müştərilərə təqdimatını etmək və satışına dəstək olmaq;
- Sosial media səhifələri üçün gündəlik story və paylaşımlar hazırlamaq, foto və video çəkilişlərində iştirak etmək;
- Müştəri rəylərini dinləmək və aidiyyəti şəxslərə çatdırmaq.
Tələblər:
- Azərbaycan dilində səlis nitq və yazı bacarığı;
- Nəzakətli ünsiyyət və təqdimat bacarığı;
- Instagram və digər sosial media platformaları ilə işləmək bacarığı;
- Operativlik, məsuliyyət və komanda ilə işləmək;
- Rus dili bilən namizədlərə üstünlük veriləcək;
- Müştəri xidmətləri, satış və ya restoran sahəsində təcrübə üstünlükdür.
İş şəraiti
- Əməkhaqqı: 800 AZN + (korporativ satışlar üzrə bonus)
- İş qrafiki: 6 günlük iş həftəsi
- İş yeri: Nəsimi ray: Cəlil Məmmədquluzadə 85Z
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Müştəri dəstəyi üzrə mütəxəssis üzrə bazar adətən 500–1 030 ₼ ödəyir, median — 700 ₼.
80 açıq vakansiya, 83 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Müştəri dəstəyi üzrə mütəxəssis kimi öz maaşını yoxlaMüraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə 85Z ünvanındadır.
İş həftədə 6 gün işlənir.
Əməkhaqqı 800 ₼ və korporativ satışlar üzrə bonus daxildir.
Azərbaycan dilində səlis danışıq və yazı bacarığı tələb olunur, rus dili üstünlükdür.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMüştəri dəstəyi üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
Daxil olan zəngləri qəbul edir, müştərilərə tibbi xidmətlər barədə məlumat verir və ünsiyyət bacarığı tələb olunur
Müştərilərin zənglərini cavablandırır, ehtiyat hissələri barədə texniki məlumat verir.
Müştərilərlə əlaqə saxlayır, məhsullar haqqında məlumat verir və CRM-də sifarişləri qeyd edir
Mövzu üzrə materiallar

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur



