SƏTƏMM proseslərinə nəzarət edir və risklərin qiymətləndirilməsi üzrə təcrübəyə malikdir.
Vakansiya haqqında
Əsas vəzifələr
- Müəssisələrdə təhlükəli (kimyəvi, radioaktiv/ionlaşdırıcı və partlayıcı) maddələrin idarə olunması üzrə metodoloji dəstəyin göstərilməsi;
- Təhlükəli maddələrin idarə olunması prosesinin vahid tələblərə uyğun həyata keçirilməsinin dəstəklənməsi və nəzarətdə saxlanılması;
- Təhlükəli maddələrlə bağlı təlimlərin keyfiyyətinin təkmilləşdirilməsinə dair dəstək göstərilməsi;
- Müvafiq prosedurların əməkdaşlara çatdırılması və onların tətbiqi ilə bağlı kommunikasiyanın əlaqələndirilməsi;
- Əməliyyat sahələrində prosedurların düzgün tətbiq olunmasını təmin etmək məqsədilə özünüqiymətləndirmə proseslərinin həyata keçirilməsi;
- Risklərin qiymətləndirilməsi proseslərinə ekspert dəstəyinin göstərilməsi, həmçinin kimyəvi maddələrin saxlanılması tələblərinə uyğun olaraq Kimyəvi Uyğunluq Cədvəllərinin (Chemical Compatibility Charts) hazırlanmasına ekspert dəstəyinin göstərilməsi və mütəmadi yenilənməsinin təmin edilməsi.
Tələblər
- Müvafiq sahə üzrə bakalavr və ya magistr dərəcəsi;
- Sənayedə təhlükəli maddələrin idarə edilməsi sahəsində ən azı 5 il iş təcrübəsi;
- Təhlükəli maddələrin saxlanılması, idarə olunması və daşınması üzrə praktiki təcrübə;
- Kimyəvi maddələrlə işin aparıldığı istehsalat, neft-qaz, logistika və ya digər sənaye müəssisələrində iş təcrübəsi;
- Risklərin qiymətləndirilməsi və təhlükəli maddələrin inventar uçotunun aparılması üzrə təcrübə;
- Təhlükəli maddələrin təsnifatı (GHS sistemi) üzrə biliklər;
- MSDS/SDS (Təhlükəsizlik Məlumat Vərəqəsi) sənədləri ilə işləmək təcrübəsi;
- Təhlükəli yüklərin daşınması üzrə ADR tələbləri haqqında biliklər;
- Yerli qanunvericilik və normativ tələblər barədə biliklər;
- Təhlükəli madələrə dair risklərin qiymətləndirilməsi və idarə olunması üzrə təcrübə;
- Tullantıların idarə olunması və utilizasiyası prosedurları haqqında biliklər;
- Fövqəladə hallara hazırlıq və cavab tədbirləri prosedurları haqqında anlayış;
- Təlim materiallarının hazırlanması və təqdim edilməsi, habelə hesabatların hazırlanaraq müvafiq dövlət qurumlarına təqdim edilməsi bacarığı;
- Təhlükəli maddələrin inventar uçotunun idarə olunması üzrə təcrübə;
- Risklərin qiymətləndirilməsi sənədlərinin hazırlanması bacarığı;
- Təhlükəli maddələrin saxlanma şəraitinə uyğunluğunun yoxlanılması üzrə bilik və təcrübə;
- MS Office proqramlarından sərbəst istifadə bacarığı;
- Güclü analitik düşüncə və risk əsaslı yanaşma;
- Güclü kommunikasiya, komanda işi, koordinasiya və təlimlərin keçirilməsi bacarıqları;
- Azərbaycan və ingilis dillərində sərbəst danışıq və mürəkkəb məsələləri aydın və lakonik şəkildə izah etmək bacarığı. Rus dili biliyi üstünlükdür;
- Beynəlxalq sertifikatların olması tələb olunur: NEBOSH IGC və ya ekvivalent beynəlxalq sertifikat. ISO 45001 Lead Auditor və ya təhlükəli maddələrin idarə olunması üzrə digər beynəlxalq sertifikatların olması və kimyəvi maddələrin idarə olunması sahəsində təcrübəli olması şərtilə əlavə olaraq radioaktiv/ionlaşdırıcı və partlayıcı maddələlərin idarə olunması sahələrinin ən azı biri üzrə iş təcrübəsinin olması üstünlükdür.
Bilik və bacarıqlar
- azərbaycan dili
- ingilis dili
- Microsoft Office
- rus dili
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Qida təhlükəsizliyi üzrə mütəxəssis üzrə bazar adətən 700–1 300 ₼ ödəyir, median — 1 100 ₼.
17 açıq vakansiya, 9 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Qida təhlükəsizliyi üzrə mütəxəssis kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərində yerləşir.
Təhlükəli maddələrin idarə olunması sahəsində ən azı 5 il iş təcrübəsi tələb olunur.
NEBOSH IGC və ya ekvivalent beynəlxalq sertifikat tələb olunur, ISO 45001 Lead Auditor üstünlükdür.
MS Office proqramlarından sərbəst istifadə bacarığı tələb olunur.
Azərbaycan və ingilis dillərində sərbəst danışıq tələb olunur, rus dili üstünlükdür.
Risklərin qiymətləndirilməsi, təlimlərin keçirilməsi və hesabatların hazırlanması bacarıqları tələb olunur.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarQida təhlükəsizliyi üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
İstehsalatda əməyin mühafizəsi və ətraf mühitin qorunması üzrə təhlükəsizlik tədbirləri həyata keçirir, 2 il təcrübə tələb olunur.
İstehsalat və restoranlarda qida təhlükəsizliyi və keyfiyyət sistemlərini idarə edir, HACCP sertifikatına malikdir.
SƏTƏM üzrə mütəxəssis təhlükəsizlik hesabatları hazırlayır və risk qiymətləndirir, minimum 3 il təcrübə tələb olunur.



