Müştəriləri qarşılamaq, sənədləri idarə etmək və satış şöbəsinə inzibati dəstək vermək.
Vakansiya haqqında
Efendiler Group-dan vakansiya: Resepşn tələb olunur
Vəzifə öhdəlikləri:
- Daxil olan zənglər, sənədlər və digər məlumatlar barədə aidiyyəti şəxsləri məlumatlandırmaq, zərurət yarandıqda isə müvafiq ünvana yönləndirmək;
- Qarşılama zamanı nəzakətli və peşəkar davranış sərgiləmək;
- Poçt xidməti vasitəsilə məktubların göndərilməsini təmin etmək, daxil olan və çıxan məktubları qeydiyyata almaq və sistemə daxil etmək;
- Qonaq və müştərilərin sorğularını cavablandırmaq;
- Qonaqları qəbul edəcək şəxsləri əvvəlcədən məlumatlandırmaq, onları müvafiq işçi heyətinin otağına və ya iclas otağına müşayiət etmək;
- Ofis daxili yazışmaları və sənəd işlərini yerinə yetirmək;
- Salonda olan avtomobillər, göstərilən xidmətlər və mövcud kampaniyalar barədə müştərilərə ətraflı məlumat vermək;
- Struktur bölmələr üzrə aylıq ofis ləvazimatlarının siyahısını toplamaq, tərtib etmək və sifariş vermək;
- Birbaşa rəhbər tərəfindən verilən, vəzifə öhdəliklərinə aid digər tapşırıqları icra etmək.
Namizədlərə tələblər:
- Təhsil: Orta
- İş təcrübəsi: 1 ildən 3 ilə kimi
- Cins və Yaş həddi: İşin xarakteri və xüsusiyyətləri nəzərə alınaraq, 23-35 yaşında Xanım namizədlərin müraciətlərinə üstünlük verilir
İş şərtləri:
- İş qrafiki: 6 günlük iş həftəsi
- İş vaxtı: 09:00-dan 18:00-kimi
- İş yeri: Bakı şəh., Babək pr.
Əmək haqqı:
- Başlanğıc aylıq məvacib 800-1000 manat təşkil edir
- AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Resepsiyonist üzrə bazar adətən 550–700 ₼ ödəyir, median — 600 ₼.
36 açıq vakansiya, 56 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Resepsiyonist kimi öz maaşını yoxlaŞirkət haqqında
Efendiler Group 1997-ci ildən fəaliyyət göstərən şirkətlər qrupudur. Qrupa avtomobil, tikinti və restoran sahələrində çalışan tanınmış şirkətlər daxildir.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhəri, Babək prospektindədir.
İş həftəsi 6 gündür, iş vaxtı 09:00-dan 18:00-kimi davam edir.
Başlanğıc aylıq məvacib 800-1000 manat təşkil edir.
Namizədin 1 ildən 3 ilə kimi iş təcrübəsi olmalıdır.
23-35 yaş arasında xanım namizədlərə üstünlük verilir.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarResepsiyonist üzrə Bakıda digər açıq elanlar.
Şirkətin qəbul sahəsini idarə edir, sənəd və görüşlərin təşkilində təcrübə tələb olunur.
Qonaqların rezervasiyalarını idarə edir və yüksək səviyyədə müştəri xidməti göstərir.
Pasiyentləri qarşılayır, zəngləri cavablandırır və görüşləri planlaşdırır, yüksək ünsiyyət bacarığı tələb olunur.




