Vakansiya haqqında

VƏZIFƏ HAQQINDA ÜMUMI MƏLUMAT

PAŞA Real Estate Group, Kommersiya və Satınalma Departamentinə qoşulmaq üçün təşkilati bacarıqlara malik, detallara yüksək diqqət yetirən Tender Sonrası üzrə Baş Mütəxəssis axtarır. Bu vəzifə tikinti, təmir və bərpa layihələri çərçivəsində podrat müqavilələrinin icra mərhələsinin idarə edilməsini, müqavilə öhdəliklərinə riayət olunmasını, ödənişlərin dəqiq icrasını və bütün layihə tərəfdaşları arasında səmərəli koordinasiyanı təmin edir.

ƏSAS VƏZIFƏ VƏ MƏSULIYYƏTLƏR

1. Müqavilənin İdarə Edilməsi

  • Layihə tələbləri və şirkət qaydalarına uyğun olaraq müqavilələrin hazırlanması, nəzərdən keçirilməsi və idarə edilməsi.
  • Müqavilə şərtlərinin podratçılarla müzakirəsi və dəqiqləşdirilməsi.
  • Layihənin bütün mərhələlərində müqaviləyə edilən əlavə və dəyişikliklərin idarə edilməsi.
  • Podratçıların müqavilədə nəzərdə tutulmuş bütün müddəa və öhdəliklərə riayət etməsinin təmin edilməsi.
  • Podrat müqavilələri üzrə tam sənədlərin və məlumatların saxlanması və yenilənməsi.

2. Ödəniş Sənədləri

  • Aralıq ödəniş (interim payment certificate) sənədlərinin hazırlanması və tikinti komandası ilə razılaşdırılması.
  • Podratçıların aylıq təqdim etdiyi işlərin yerinə yetirilməsi aktlarının (sertifikatlarının) hazırlanması.
  • Təsdiqlənmiş aralıq ödəniş sənədlərinin daxili ERP sistemdə vaxtında və dəqiq şəkildə qeydiyyata alınması.
  • İmzalanmış aralıq ödəniş sertifikatlarının podratçılardan alınması və müvafiq şəkildə sənədləşdirilməsinin təmin edilməsi.
  • Təsdiqlənmiş və aylıq ödənilmiş sertifikatlar üzrə reyestrin aparılması.
  • Aylıq və həftəlik ödəniş hesabatlarının hazırlanması və rəhbərliyə göndərilməsi.
  • Podratçılardan alınan fakturaların nəzərdən keçirilməsi, dəqiqliyinin və uyğunluğunun yoxlanılması.
  • Maliyyə komandası ilə aylıq pul axınının (cash flow) koordinasiyası.
  • Podratçılara hesabat və faktura təqdim etmək üçün son tarixlər barədə məlumat verilməsi.

3. Sənəd İdarəetməsi və Yazışmalar

  • Müqaviləyə aid bütün sənədlərin qovluqda strukturlu saxlanılması.
  • Podratçılara rəsmi məktubların hazırlanması, göndərilməsi və məktub reyestrinin aktual vəziyyətdə saxlanılması.
  • Müqavilə danışıqlarında İclas Protokolunun (MoM) vaxtında hazırlanması və göndərilməsi.

4. İclaslar və Koordinasiya

  • Tələb olunduqda podrat müqaviləsinə dair texniki və kommersiya iclaslarında iştirak etmək.
  • Tikinti, texniki, maliyyə və satınalma komandaları ilə effektiv koordinasiya.
  • Müqavilə danışıqlarında sifarişci ilə podratçılar arasında əsas əlaqələndirici şəxs (liaison) qismində çıxış edilməsi.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, Crescent Offices, 64 Neftchilar Avenue
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
23 noyabr 2026
Dillər
Azerbaijani, English
Son tarix
14 dekabr 2026
Baxış
94

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Müqavilələr üzrə mütəxəssis üzrə bazar adətən 600–2 000 ₼ ödəyir, median — 700 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

5 açıq vakansiya, 7 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Müqavilələr üzrə mütəxəssis kimi öz maaşını yoxla

Şirkət haqqında

PASHA Real Estate
Real Estate · 5,001-10,000 · Bakı
PASHA Real Estate — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Müqavilələr üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.

Zeytun Pharmaceuticals
Mütəxəssis · 2–3 ilBakı
1 000–1 300₼

Müxtəlif materialların satınalmasını təşkil edir və müqavilə sənədləri ilə işləməyi bacarır

ProcurementMarket ResearchContract ManagementMicrosoft Excel+2
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Tender sonrası üzrə baş mütəxəssis
Müraciət et