Biznes ehtiyaclarını texniki tələblərə çevirən və proqram təminatı layihələrində iştirak edən Junior Biznes Analitik.
Vakansiya haqqında
Namizədə tələblər
- İT Biznes Analitik (BA) vəzifəsində minimum 1 il iş təcrübəsi;
- Biznes tələblərinin toplanması, təhlili və sənədləşdirilməsi üzrə bilik və təcrübə;
- BRD (Business Requirements Document) sənədinin hazırlanması bacarığı;
- Biznes proseslərinin təhlili və BPMN notasiya standartlarına uyğun proses diaqramlarının hazırlanması bacarığı;
- Funksional və qeyri-funksional tələblərin müəyyənləşdirilməsi və sənədləşdirilməsi;
- User Story və Acceptance Criteria hazırlanması üzrə biliklər;
- Jira və Confluence kimi layihə idarəetmə və sənədləşdirmə alətləri ilə işləmə bacarığı;
- Agile/Scrum metodologiyası üzrə anlayış;
- API və sistemlərarası inteqrasiya prinsipləri haqqında ilkin texniki biliklər;
- Analitik düşünmə, problem həll etmə və effektiv kommunikasiya bacarıqları;
- Komanda ilə işləmək və tapşırıqları müstəqil idarə etmək bacarığı.
Vəzifə öhdəlikləri
- Biznes tərəfdən daxil olan tələblərin toplanması, təhlili və dəqiqləşdirilməsi;
- Biznes tələbləri əsasında BRD sənədlərinin hazırlanması və aktual saxlanılması;
- Mövcud biznes proseslərinin araşdırılması, təhlili və təkmilləşdirmə təkliflərinin hazırlanması;
- Biznes proseslərinin BPMN diaqramları vasitəsilə modelləşdirilməsi;
- Biznes tələblərinin funksional tapşırıqlara çevrilməsi və developer komandası üçün aydın şəkildə sənədləşdirilməsi;
- User Story, Acceptance Criteria və digər zəruri analitik sənədlərin hazırlanması;
- Biznes tərəf, layihə rəhbəri, proqramçılar və test komandası arasında effektiv kommunikasiyanın təmin edilməsi;
- Hazırlanmış funksionallığın biznes tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə ilkin funksional testlərin həyata keçirilməsi;
- İnkişaf prosesi zamanı yaranan sualların cavablandırılması və tələblərin dəqiqləşdirilməsi;
- Layihə üzrə görüşlərdə, sprint planlama və digər Agile/Scrum proseslərində iştirak;
- Tələblərdə baş verən dəyişikliklərin izlənilməsi və müvafiq sənədlərin yenilənməsi.
Üstünlük hesab olunur
- İT layihələrinin hazırlanması və tətbiqi proseslərində iştirak təcrübəsi;
- REST API və Postman ilə işləmə üzrə ilkin biliklər;
İş şəraiti:
- Həftəlik tam iş qrafiki – 09:00-18:00
- Iş yeri: Səməd Vurğun küçəsi 79B,Ultra Technologies.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Biznes analitiki üzrə bazar adətən 800–1 100 ₼ ödəyir, median — 1 000 ₼.
36 açıq vakansiya, 25 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Biznes analitiki kimi öz maaşını yoxlaŞirkət haqqında
Ultra Technologies şirkəti 1999-cu ildə təsis edilmişdir. Azərbaycanın aparıcı İT şirkətlərindən biri olaraq, Hewlett Packard Enterprise, Cisco, Dell, Oracle, HP və s. digər İT korporasiyaların rəsmi statuslu tərəfdaşıdır.
Müraciətin
Bu vakansiya haqqında suallar
Həftəlik tam iş qrafiki – 09:00-18:00.
Səməd Vurğun küçəsi 79B ünvanında yerləşir.
İT Biznes Analitik vəzifəsində minimum 1 il iş təcrübəsi tələb olunur.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarBiznes analitiki üzrə Bakıda digər açıq elanlar.
Biznes tələblərini toplayır, təhlil edir və sistem tələblərinə çevirir, SQL bilikləri tələb olunur.
Mühasibat və vergi biliklərini biznes analitik kimi tətbiq edir, ERP və Agile bilikləri üstünlükdür.
Biznes tələblərini təhlil edir, optimallaşdırır və texniki həllərə çevirir, 3-5 il təcrübə tələb olunur
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur





