Vakansiya haqqında

Struktur bölmə: Keyfiyyətin təminatı və keyfiyyətə nəzarət şöbəsi

Vəzifənin əsas məqsədi:

  • Layihələr üzrə QA/QC sənədlərinin hazırlanmasını, qeydiyyatını, aidiyyəti şəxslərə göndərilməsini və icra statusunun izlənilməsini təmin etmək, həmçinin sahələrdə həyata keçirilən işlərin, yoxlamaların və sınaqların sənədləşdirilməsinə dəstək göstərmək.

Vəzifə öhdəlikləri:

  • Podratçı şirkətlərdən gündəlik və həftəlik iş qrafiki məlumatlarının toplanması və təhlil üçün təqdim edilməsi;
  • Layihə üzrə texniki sorğuların, RFI sənədlərinin və digər QA/QC yazışmalarının hazırlanması;
  • Gün ərzində həyata keçiriləcək işlər üzrə yoxlama bildirişlərinin hazırlanması və aidiyyəti şəxslərə göndərilməsi;
  • Sahədə görülmüş işlərin, aparılmış yoxlamaların və sınaqların aktlaşdırılmasının təmin edilməsi;
  • Yoxlama və Sınaq Planları (ITP) üzrə icra vəziyyətinin qeydiyyatının aparılması;
  • Aşkar edilmiş uyğunsuzluqların qeydiyyata alınması və bağlanma statusunun izlənilməsi;
  • Tikinti sahəsinə gətirilən materialların sertifikat, sınaq protokolu və digər müşayiətedici sənədlərinin yoxlanılması və təsdiqə hazırlanması;
  • Təsdiqlənmiş material sənədlərinin və görülmüş işlərə aid keyfiyyət qeydlərinin sistemləşdirilməsi;
  • İcra olunmuş işlərin son vəziyyətini əks etdirən sənədlərin (as-built sənədlərin) toplanması və arxivləşdirilməsi;
  • QA/QC sənədlərinin elektron və kağız daşıyıcılarda düzgün qeydiyyatının və arxivləşdirilməsinin təmin edilməsi;
  • Sənədlərin təqdimetmə, baxılma, təsdiq və bağlanma statuslarının izlənilməsi;
  • Həftəlik və aylıq sənəd statusu hesabatlarının hazırlanması.

Namizədə tələblər:

  • Ali təhsil (inşaat mühəndisliyi və ya digər texniki ixtisas üzrə təhsil üstünlükdür);
  • Tikinti sahəsində sənədləşmə, QA/QC və ya Document Control üzrə minimum 2 il iş təcrübəsi;
  • RFI, ITP, yoxlama bildirişləri, material təsdiq sənədləri, sınaq protokolları və uyğunsuzluq hesabatları barədə anlayış;
  • MS Office, xüsusilə Word və Excel proqramlarında yaxşı işləmək bacarığı;
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
  • İngilis və ya rus dilini bilməsi üstünlükdür;
  • Texniki sənədlərlə diqqətli və sistemli işləmək bacarığı;
  • Məsuliyyətlilik, operativlik və komandada işləmək bacarığı.

​​​​​​​Əmək şəraiti:

  • Pozitiv və dəstəkləyici iş mühiti
  • İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
  • İş vaxtı: 09:00-18:00
  • İş yeri: ofis və layihə sahələri;
  • Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

Yerləşmə
Bakı
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
8 sentyabr 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
8 oktyabr 2026

Şirkət haqqında

AZCD Group QSC
Tikinti, Bina tikintisi · Baku

«AZCD Group" QSC 03.10.2019-cu ildə təsis edilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən 02.12.2019-cu il tarixində verilmiş Lisenziya əsasında, tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti quraşdırma…

AZCD Group QSC — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Saipem
Middle · 2–3 ilBakı
Maaş göstərilməyib

Dənizdə heyətin logistikasını və sənədləşməsini idarə edir, minimum 2 il təcrübə tələb olunur.

Document ControlMicrosoft Office
Müraciət et
AT-Geotech MMC
2+ ilBakı

Dispetçer

800–1 000

Nəqliyyat vasitələrinin hərəkətinə nəzarət edir və sürücülərin işini təşkil edir, minimum 2 il təcrübə tələb olunur.

Transportation CoordinationReport PreparationTeamworkResponsibility+5
Müraciət etAsan müraciətAsan müraciət
Novex Group
Manager · 13–15 ilQəbələ
Maaş göstərilməyib

Zavodun texniki şöbəsini idarə edir, 13-15 il təcrübə və liderlik bacarığı tələb olunur.

Quality ControlTechnical documentation managementSpare parts inventory managementResource Optimization+5
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
KT/KN (QA/QC) üzrə sənədlərə nəzarət mütəxəssisi
Müraciət et