Vakansiya haqqında

SAT Group komandasına qoşul!

  • HR + B2B satış + layihə idarəetməsi
  • Müasir HR texnologiyaları və 1,700+ şirkətlə işləmək imkanı
  • 1,000 AZN fix + bonuslar

SAT Group 12 ildir insan kapitalının inkişafı, korporativ təlim, konsaltinq və müasir HR həlləri sahəsində fəaliyyət göstərir və bu müddət ərzində 1,700+ şirkətlə əməkdaşlıq edib.

Hazırda komandamıza həm müasir HR və qiymətləndirmə platformasının müştərilərə təqdimatı və satışını, həm də Dövlət Məşğulluq Agentliyi ilə həyata keçirdiyimiz gənclərin inkişafı və işlə təminatı layihəsini idarə edəcək mütəxəssis axtarırıq.

Bu vəzifə HR, satış və layihə idarəetməsinin kəsişməsində inkişaf etmək istəyən şəxslər üçün yaxşı imkan yaradır.

Əsas vəzifələrin

İnsan kapitalının qiymətləndirilməsi və biznes inkişafı

  • Müasir HR və assessment alətlərini, o cümlədən Nartio platformasını öyrənmək;
  • Potensial müştərilərin ehtiyaclarını müəyyənləşdirmək;
  • Müştərilərə uyğun həllərin təqdimatını və demolarını keçirmək;
  • Mövcud müştərilərlə əlaqələri və təkrar satış imkanlarını inkişaf etdirmək;
  • Satış komandası ilə birlikdə yeni müştərilərin cəlb edilməsi və satış prosesinin idarə olunmasında iştirak etmək.

Burada əsas gözləntimiz məhsulu sadəcə təqdim etmək deyil, müştərinin problemini anlayaraq uyğun həll təklif etməkdir.

Dövlət Məşğulluq Agentliyi layihəsi

SAT Group bu layihə çərçivəsində 400-dən çox gəncin hazırlanmasına və işlə təmin olunmasına dəstək verib.

Sən:

  • İşsiz gənclərin cəlb olunması və seçimini idarə edəcəksən;
  • Namizədlərlə müsahibələr keçirəcəksən;
  • DMA ilə sənədləşmə və koordinasiyanı həyata keçirəcəksən;
  • Təlim qruplarının formalaşdırılmasını və təlim prosesini təşkil edəcəksən;
  • Məzunların işlə təmin olunması prosesini izləyəcəksən;
  • Layihənin əsas nəticələrini və göstəricilərini idarə edəcəksən.

Səndə hansı səriştələri görmək istəyirik?

  • Kommunikasiya və təqdimat
  • Nəticəyönümlülük
  • Analitik düşüncə
  • Öyrənmə çevikliyi
  • Prioritetləşdirmə və vaxtın idarə edilməsi
  • Təsir göstərmə və inandırma
  • Komanda işi

Tələblər

  • 25–35 yaş aralığı;
  • Ali təhsil;
  • HR, Recruitment, Talent Management, L&D, B2B satış və ya biznes inkişafı sahələrindən birində minimum 2 il təcrübə;
  • Güclü kommunikasiya və insanlarla işləmək bacarığı;
  • Nəticəyönümlü və təşəbbüskar yanaşma;
  • Bir neçə prosesi paralel idarə edə bilmək;
  • CRM və MS Office / Google Workspace bilikləri;
  • Azərbaycan dilində səlis danışıq və yazı;
  • İngilis dili biliyi üstünlükdür.

Nartio və digər HR alətlərini əvvəlcədən bilmək tələb olunmur. Əsas gözləntimiz yeni məhsul və prosesləri sürətlə öyrənmək və onları müştəri ehtiyacları ilə əlaqələndirə bilməkdir.

Nə təklif edirik?

  • 1,000 AZN sabit əmək haqqı + bonuslar

Əlavə olaraq:

  • Satış və biznes inkişafı üzrə praktiki təcrübə;
  • İdarəetmə və biznes yönümlü təlimlərdə iştirak;
  • Müasir HR və assessment alətləri ilə işləmək;
  • 1,700 + şirkətlə işləmək təcrübəsi;
  • Peşəkar və karyera inkişafı imkanları.

İş şəraiti

  • İş qrafiki: 09:00–18:00
  • İş formatı: Tam iş günü
  • İş yeri: Bakı

Bu vəzifə kimə uyğundur?

Əgər sən HR və satışın kəsişməsində inkişaf etmək, insanlarla işləmək, müasir HR texnologiyalarını öyrənmək və real biznes nəticələri yaratmaq istəyirsənsə, səni SAT Group komandasına dəvət edirik.

CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərək mövzu hissəsində “İnsan Resursları İnkişafı üzrə Mütəxəssis” qeyd edə bilərsən.

SAT Group — İnkişaf et, çox qazan!

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
18 oktyabr 2026
Dillər
Azerbaijani, English
Son tarix
18 noyabr 2026
Baxış
66

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Biznes inkişafı meneceri üzrə bazar adətən 1 000–2 750 ₼ ödəyir, median — 1 500 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

20 açıq vakansiya, 13 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Biznes inkişafı meneceri kimi öz maaşını yoxla

Şirkət haqqında

SAT Group
Peşəkar, elmi və texniki fəaliyyətlər, Konsaltinq xidmətləri · Baku
SAT Group — bütün vakansiyalar

SAT Group şirkəti 2014 – ci ildə təsis olunub. SAT Group şirkətinin fəaliyyat istiqaməti ümumi biznes konsaltinq xidmətləri, satış, marketinq və idarəetmə yönümlü təlimlərdir.

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bu vakansiya haqqında suallar

İş qrafiki 09:00–18:00 saatları arasındadır.

İş yeri Bakı şəhərində yerləşir.

1,000 AZN sabit əmək haqqı və bonuslar təklif olunur.

HR, satış və ya biznes inkişafı sahəsində minimum 2 il təcrübə tələb olunur.

CV-ni mövzu hissəsində “İnsan Resursları İnkişafı üzrə Mütəxəssis” qeyd edərək elektron poçt ünvanına göndərin. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Biznes inkişafı meneceri üzrə Bakıda digər açıq elanlar.

British Academy
MiddleBakı
700–900₼

Biznesin inkişafı üzrə mütəxəssis müştəri bazasını genişləndirməyi və əlaqələri qurmağı bacarmalıdır.

PresentationTeamworkCustomer Relationship ManagementBusiness Management+6
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Connex MMC
Middle · 3–5 ilBakı
2 000–3 500₼

Beynəlxalq bazarları araşdırır, yeni biznes imkanları tapır və müştərilərlə danışıqlar aparır.

Business DevelopmentB2B SalesMarket ResearchNegotiation+4
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Biznes inkişafı üzrə mütəxəssis
Müraciət et