Korporativ müştərilər üçün aktiv satış aparır və satış prosesini idarə edir.
Vakansiya haqqında
B2B/korporativ satış təcrübəsi olan Korporativ Satış Təmsilçisi
İş yeri: Bakı
İş qrafiki: Bazar ertəsi–Şənbə, 09:00–18:00 (Şənbə qısa iş günü)
Son müraciət tarixi: 29 oktyabr 2026
Şirkətimiz korporativ satış komandasını gücləndirmək məqsədilə nəticəyönümlü və təcrübəli B2B/korporativ satış təcrübəsi olan Korporativ Satış Təmsilçisi axtarır.
-
Biz nə təklif edirik?
Peşəkar və inkişafyönümlü iş mühiti; - Sabit əməkhaqqı + nəticələrə əsaslanan bonus sistemi;
- Karyera və peşəkar inkişaf imkanları;
- Dinamik və peşəkar komanda mühiti.
Əməkhaqqı və bonus şərtləri namizədin təcrübə və kompetensiyalarına əsasən müəyyən edilir.
Vakansiyanın tələblərinə cavab verdiyinizi düşünürsünüzsə, CV-nizi qeyd olunan əlaqə vasitəsinə göndərin. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Vəzifə öhdəlikləri
- Yeni korporativ müştərilərin cəlb edilməsi və mövcud müştəri portfelinin inkişaf etdirilməsi;
- Müştəri ehtiyaclarının təhlili və uyğun məhsul/xidmətlərin təqdim edilməsi;
- Kommersiya təkliflərinin, tender və RFQ/RFP sorğularının hazırlanması;
- Satış və müqavilə danışıqlarının aparılması;
- Lizinq, kredit və sığorta şirkətləri ilə koordinasiyalı iş;
- Satış planlarının və KPI-ların icrası;
- Sifariş və satış sonrası proseslərin izlənilməsi;
- Bazar və rəqib analizlərinin aparılması;
- CRM/1C sistemlərində iş və müntəzəm satış hesabatlarının hazırlanması.
Tələblər
- Minimum 3 il B2B/korporativ satış təcrübəsi;
- Avtomobil sektorunda, xüsusilə akkumulyator, motor yağı və sürtgü materialları üzrə satış təcrübəsi üstünlükdür;
- Güclü danışıqlar, təqdimat və müştəri münasibətlərinin idarə edilməsi bacarığı;
- MS Excel, PowerPoint, 1C və CRM üzrə iş təcrübəsi;
- Analitik düşüncə, planlama və nəticəyönümlülük;
- Azərbaycan və rus dillərində səlis danışıq və yazılı ünsiyyət;
- İngilis dili və ali təhsil üstünlükdür;
- Məsuliyyətli, təşəbbüskar və komandada işləmə bacarığı.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Korporativ satış meneceri üzrə bazar adətən 650–1 100 ₼ ödəyir, median — 900 ₼.
31 açıq vakansiya, 21 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Korporativ satış meneceri kimi öz maaşını yoxlaMüraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Bazar ertəsindən şənbəyə, 09:00–18:00, şənbə günü qısa iş günü.
Əməkhaqqı 500–800 arasıdır, bonus sistemi mövcuddur.
Minimum 3 il B2B/korporativ satış təcrübəsi tələb olunur.
CV göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarKorporativ satış meneceri üzrə Bakıda digər açıq elanlar.
Korporativ müştərilərlə satış aparır və bulud xidmətləri üzrə təcrübə tələb edir
Korporativ müştərilərlə əlaqələr qurur, satış strategiyaları hazırlayır və 3 il təcrübəsi var.
Korporativ müştərilərlə işləyir, kibertəhlükəsizlik həllərinin satışını həyata keçirir və güclü ünsiyyət bacarığı tələb olunur.
Mövzu üzrə materiallar

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur



