Müştərilərlə iş aparmaq və satış prosesini idarə etmək üçün ən azı 2 il təcrübə tələb olunur
Vakansiya haqqında
Yeni korporativ müştərilərin cəlb edilməsi və mövcud müştəri portfelinin inkişaf etdirilməsi məqsədilə təcrübəli Satış Meneceri axtarır.
Əsas vəzifə və öhdəliklər
- Yeni korporativ müştərilərin və potensial biznes tərəfdaşlarının müəyyən edilməsi və cəlb olunması;
- İstehsalat, sənaye və digər biznes sektorlarında fəaliyyət göstərən şirkətlərlə işgüzar əlaqələrin qurulması;
- Mövcud müştəri portfelinin idarə edilməsi və inkişaf etdirilməsi;
- Müştərilərin ehtiyaclarının müəyyən edilməsi və uyğun məhsul təkliflərinin hazırlanması;
- Məhsul və xidmətlər üzrə təqdimatların, kommersiya təkliflərinin hazırlanması;
- Müştərilərlə görüşlərin, danışıqların və satış prosesinin aparılması;
- Satış sifarişlərinin qəbul edilməsi və icra prosesinin aidiyyəti bölmələrlə koordinasiyası;
- Satış planlarının və müəyyən edilmiş hədəflərin yerinə yetirilməsi;
- Bazarın, rəqiblərin və müştəri tələbatının araşdırılması;
- Müştəri məmnuniyyətinin və uzunmüddətli əməkdaşlığın təmin edilməsi;
- Satış fəaliyyəti üzrə müntəzəm hesabatların hazırlanması.
Namizədə tələblər
- Satış sahəsində minimum 3 il iş təcrübəsi;
- B2B və korporativ satış sahəsində təcrübə;
- İstehsalat, sənaye, topdansatış və ya distribusiya sektorunda iş təcrübəsinə üstünlük verilir;
- İstehsalat, tikinti müəssisələri və xidmət sahəsində fəaliyyət göstərən müştərilərlə mövcud işgüzar əlaqələrinin olması üstünlükdür;
- Yeni müştərilərin axtarışı və cəlb edilməsi bacarığı;
- Aktiv satış, təqdimat və danışıqlar aparmaq bacarığı;
- Kommersiya təkliflərinin hazırlanması və satış prosesinin idarə edilməsi bacarığı;
- Nəticəyönümlülük, təşəbbüskarlıq və yüksək ünsiyyət bacarığı;
- MS Office proqramları ilə işləmək bacarığı.
Biz nə təklif edirik?
- Rəqabətqabiliyyətli əməkhaqqı və satış nəticələrinə əsaslanan bonus sistemi;
- Peşəkar inkişaf və karyera imkanları;
- Stabil və inkişaf edən istehsalat müəssisəsində çalışma imkanı;
- Müştəri portfelinin genişləndirilməsi və satış nəticələrinə uyğun gəlir əldə etmək imkanı;
- Peşəkar və dəstəkləyici iş mühiti.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış Meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim edə bilərlər
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Satış meneceri üzrə bazar adətən 610–1 350 ₼ ödəyir, median — 925 ₼.
109 açıq vakansiya, 112 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satış meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Satış sahəsində minimum 3 il iş təcrübəsi tələb olunur.
Rəqabətqabiliyyətli əməkhaqqı və satış nəticələrinə əsaslanan bonus sistemi təklif olunur.
Namizəd CV-ni mövzu hissəsində “Satış Meneceri” qeyd etməklə təqdim etməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatış meneceri üzrə Bakıda digər açıq elanlar.
Müştəri ehtiyaclarını müəyyənləşdirib satış prosesini idarə etmək üçün 1-3 il təcrübə tələb olunur
Korporativ müştərilərlə işləyən satış meneceri, minimum 1 il təcrübə tələb olunur
Korporativ müştərilərlə satış əlaqələrini idarə edir və komanda daxilində işləməyi bacarır
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur




