Xidmət sahəsində bizneslərə satış aparmaq və müştəri əlaqələrini idarə etmək bacarığı tələb olunur
Vakansiya haqqında
Yer: Bakı
Məşğulluq növü: Tam ştat
Bleyz Media media və reklam sahəsində fəaliyyət göstərən dinamik şirkətdir. Komandamızı genişləndirir və satış üzrə təcrübəli mütəxəssis axtarırıq.
Vəzifə öhdəlikləri
- Reklam və media xidmətlərinin satışını həyata keçirmək
- Yeni müştərilər cəlb etmək və mövcud müştərilərlə uzunmüddətli əlaqələr qurmaq
- Müştərilərə kommersiya təklifləri hazırlamaq və təqdim etmək
- Danışıqlar aparmaq, müqavilələri razılaşdırmaq və bağlamaq
- Satış planlarının yerinə yetirilməsini təmin etmək
- Bazar və rəqiblər üzrə analiz aparmaq
- Satış hesabatlarını mütəmadi olaraq təqdim etmək
Tələblər
- Media, reklam və ya marketinq sektorunda satış üzrə minimum 2-3 il iş təcrübəsi
- Media sektorunda B2B satış təcrübəsi və müştəri bazasının olması üstünlükdür
- Rus və ingilis dillərini yaxşı bilmək (yazılı və şifahi)
- Azərbaycan dilini mükəmməl bilmək
- Güclü danışıq, təqdimat və ünsiyyət bacarıqları
- Nəticəyə yönümlülük və satış hədəflərinə çatmaq bacarığı
- MS Office və CRM sistemləri ilə işləmək bacarığı
- Məsuliyyətlilik, təşəbbüskarlıq və komanda ilə işləmək qabiliyyəti
Biz təklif edirik
- Rəqabətli Əmək haqqı + satışdan bonus və komissiya
- Peşəkar inkişaf və karyera imkanları
- Dinamik və dostcasına iş mühiti
- Əmək Məcəlləsinə uyğun rəsmi işə qəbul
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu hissəsində “Satış Meneceri” qeyd edin.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Satış meneceri üzrə bazar adətən 650–1 500 ₼ ödəyir, median — 900 ₼.
103 açıq vakansiya, 109 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satış meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Tam ştat iş rejimidir.
Rəqabətli əmək haqqı, satışdan bonus və komissiya təklif olunur.
Əmək Məcəlləsinə uyğun rəsmi işə qəbul həyata keçirilir.
Namizəd CV göndərməlidir, mövzu hissəsində “Satış Meneceri” qeyd olunmalıdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatış meneceri üzrə Bakıda digər açıq elanlar.
Satış prosesini idarə edir və korporativ müştərilərlə danışıqlar aparmaq bacarığı tələb olunur
Müştərilərlə iş aparmaq və satış prosesini idarə etmək üçün ən azı 2 il təcrübə tələb olunur
Müştəri ehtiyaclarını müəyyənləşdirib satış prosesini idarə etmək üçün 1-3 il təcrübə tələb olunur
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur





