Satış strategiyasını hazırlayır, komandanı idarə edir və satış hədəflərinə nəzarət edir.
Vakansiya haqqında
Əsas vəzifələr:
- Şirkətin satış strategiyasının hazırlanması və həyata keçirilməsi;
- Satış komandasının idarə olunması və iş bölgüsünün aparılması;
- Aylıq, rüblük və illik satış hədəflərinin müəyyənləşdirilməsi və icrasına nəzarət;
- Böyük kosmetika şəbəkələri və strateji müştərilərlə kommersiya əlaqələrinin idarə olunması;
- Yeni satış kanallarının və biznes imkanlarının müəyyənləşdirilməsi;
- Distribusiya şəbəkəsinin genişləndirilməsi;
- Satış komandasının KPI-larının müəyyənləşdirilməsi və nəticələrin qiymətləndirilməsi;
- Satış planlarının, büdcələrin və proqnozların hazırlanması;
- Müştərilər və satış komandası arasında koordinasiyanın təmin edilməsi;
- Bazar, rəqib və satış nəticələrinin təhlili;
- Satış proseslərinin optimallaşdırılması və inkişaf etdirilməsi;
- Şirkət rəhbərliyinə mütəmadi satış hesabatlarının təqdim edilməsi;
- Komandanın motivasiyası, inkişafı və performansının idarə olunması;
- Əsas müştərilərlə görüşlərdə şirkəti təmsil etmək və kommersiya danışıqlarını aparmaq.
Namizədə tələblər:
- Satış sahəsində iş təcrübəsi;
- FMCG, kosmetika, retail və ya distribusiya sahəsində təcrübə üstünlükdür;
- Satış komandasının idarə edilməsi üzrə praktiki təcrübə;
- Böyük müştərilər və şəbəkələrlə danışıqlar aparmaq bacarığı;
- Güclü liderlik və komanda idarəetmə bacarıqları;
- Analitik düşüncə və rəqəmlərlə işləmə bacarığı;
- Satış strategiyası və KPI sistemi ilə işləmək təcrübəsi;
- Güclü kommunikasiya və təqdimat bacarıqları;
- Azərbaycan dili səlis, rus və ingilis dilləri üstünlükdür;
- MS Office, xüsusilə Excel üzrə yaxşı səviyyədə bilik;
- Nəticəyönümlü, məsuliyyətli və təşəbbüskar yanaşma;
- Aktiv və dinamik iş mühitində işləmək bacarığı.
Təklif edirik:
- Stabil və inkişaf edən şirkətdə iş imkanı;
- Kosmetika və distribusiya sektorunda peşəkar inkişaf imkanı;
- Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi;
- Peşəkar və dinamik komanda;
- Karyera inkişafı üçün imkanlar.
E-mail mövzusunda müraciət edilən vəzifənin adının qeyd olunması xahiş olunur:“Satış Rəhbəri”
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Satış meneceri üzrə bazar adətən 600–1 250 ₼ ödəyir, median — 900 ₼.
131 açıq vakansiya, 116 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satış meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
Sonder Trade — üz və bədən baxımı, makiyaj və digər kosmetik məhsulların Azərbaycanda rəsmi distribütoru olaraq fəaliyyət göstərən şirkətdir.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Rəqabətli əmək haqqı və performansa əsaslanan bonus sistemi təklif olunur.
Müraciət edərkən vəzifənin adı e-mail mövzusunda qeyd olunmalıdır: “Satış Rəhbəri”. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçSatış sahəsində iş təcrübəsi tələb olunur, FMCG, kosmetika, retail və ya distribusiya sahəsində təcrübə üstünlükdür.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatış meneceri üzrə Bakıda digər açıq elanlar.
HORECA kanalı üzrə satış planlarını icra etmək və komanda idarəetmə bacarığı tələb olunur
Satış komandasını idarə edir, formalaşdırır və satış strategiyasını həyata keçirir
Ərazi üzrə satış planlarını icra etmək və komanda idarəetməsi bacarığı tələb olunur
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur




