Satış komandasını idarə edir, formalaşdırır və satış strategiyasını həyata keçirir
Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri
- HORECA kanalı üzrə satış planlarının, dövriyyə və əsas satış göstəricilərinin icrasını təmin etmək;
- Komandanın gündəlik fəaliyyətini planlaşdırmaq, tapşırıqları bölüşdürmək və icraya nəzarət etmək;
- Komanda üzvlərinin nəticələrini izləmək, inkişaf ehtiyaclarını müəyyənləşdirmək və onları iş prosesində dəstəkləmək;
- Otel, restoran, kafe və iaşə obyektləri üzrə müştəri ziyarətlərini və satış marşrutlarını idarə etmək;
- KPI-ları, satış dinamikasını və kanal üzrə inkişaf imkanlarını təhlil edərək tədbirlər planı hazırlamaq;
- Yeni HORECA müştərilərini cəlb etmək və mövcud müştərilərlə uzunmüddətli əməkdaşlığı inkişaf etdirmək;
- Məhsul portfelini təqdim etmək, kommersiya şərtləri üzrə danışıqlar aparmaq və razılaşmaların icrasına nəzarət etmək;
- Debitor borclarına, sifarişlərin icrasına, məhsul mövcudluğuna və təqdimat standartlarına nəzarət etmək;
- Satış nəticələri və müştəri portfeli üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Satış, logistika, anbar, marketinq və maliyyə şöbələri ilə koordinasiyalı işləmək.
Namizəd üzrə tələblər
- Təhsil: Orta ixtisas və ya ali təhsil;
- Təcrübə: HORECA satış sahəsində iş təcrübəsi; komanda idarəetməsi təcrübə
- Dil: Azərbaycan dili - – əla, İngilis dili və Rus dili – üstünlükdür
- Kompüter: Microsoft Office proqramları, xüsusilə Excel üzrə yaxşı bilik.
Fərdi keyfiyyət göstəriciləri
- Liderlik və komanda idarəetməsi;
- Planlaşdırma, iş bölgüsü və icra nəzarəti;
- Satış analitikası və nəticəyönümlü yanaşma;
- Güclü ünsiyyət, danışıqlar və motivasiya bacarıqları;
- Operativ qərarvermə və problem həlli.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Satış meneceri üzrə bazar adətən 600–1 250 ₼ ödəyir, median — 900 ₼.
131 açıq vakansiya, 116 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satış meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
Sirab Satış və Dağıtım MMC is the sales and distribution arm of the Sirab mineral water brand (part of the Veyseloglu group), handling wholesale and retail sales of Sirab carbonated and still mineral waters.
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatış meneceri üzrə Bakıda digər açıq elanlar.
Ərazi üzrə satış planlarını icra etmək və komanda idarəetməsi bacarığı tələb olunur
Satış strategiyasını hazırlayıb həyata keçirir, satış komandasını idarə etmək bacarığı tələb olunur
Satış və əməliyyatları idarə edir, satışda minimum 3 il təcrübəsi tələb olunur.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur




