Ərazi üzrə satış planlarını icra etmək və komanda idarəetməsi bacarığı tələb olunur
Vakansiya haqqında
GRAND MEDICINE
VAKANSİYA: SATIŞ ŞÖBƏSİNİN RƏHBƏRİ
Şəhər: Bakı - Sumqayıt|
Əməkhaqqı: 1500 - 3000
GRAND MEDİCİNE MMC şirkəti aptek kanalı vasitəsilə satışını həyata keçirdiyi öz brend məhsullarının satışını genişləndirmək üçün nəticəyönümlü və təşəbbüskar Satış şöbəsinin rəhbəri axtarır. Əsas məqsəd satış komandasını formalaşdırmaq, inkişaf etdirmək və sistemli satış prosesini qurmaqdır.
İş şəraiti
Sabit əməkhaqqı: 1 500 AZN;
Nəticələrə əsasən aylıq bonus və mükafat
Korporativ nömrə və yanacaq kartı ilə təmin olunma
Rəhbərliklə birbaşa işləmək və satış sisteminin qurulmasında iştirak etmək imkanı;
Komandanı formalaşdırmaq və şirkətlə birlikdə uzunmüddətli inkişaf perspektivi.
Biz kim axtarırıq?
Bizə yaxşı satış edən və satış komandasını quran, yeni işçiləri seçib öyrətməyi, onları motivasiya etməyi və ümumi nəticə əldə etməyi bacaran rəhbər lazımdır.
Müraciət qaydası
CV-nizi göndərin və əvvəlki rəhbərlik təcrübəniz barədə qısa məlumat əlavə edin: idarə etdiyiniz komandanın sayı, əsas vəzifələriniz və əldə etdiyiniz nəticələr.
Vəzifə öhdəlikləri
- Satış strategiyasını və aylıq satış planlarını hazırlamaq, icrasına nəzarət etmək
- Tibbi nümayəndələrin seçilməsi, işə qəbulu, adaptasiyası və təlimini təşkil etmək
- Satış komandasını sıfırdan formalaşdırmaq, idarə etmək və motivasiya etmək
- Apteklər üzrə ərazi bölgüsünü və gündəlik marşrutları planlaşdırmaq
- Aptek ziyarətlərinə, müştəri əlaqələrinə, sifarişlərə və təkrar satışlara nəzarət etmək
- Tibbi nümayəndələrlə ikili vizitlərin təşkiliYeni apteklər cəlb etmək və mövcud müştərilərlə əməkdaşlığı inkişaf etdirmək
- Satış həcmini və məhsul çeşidi üzrə satış nəticələrini artırmaq
- Debitor borcların yığılmasına və ödəniş intizamına nəzarət etmək
- CRM və hesabat sistemlərinin tətbiqini və düzgün istifadəsini təmin etmək
- Gündəlik və həftəlik nəticələri təhlil etmək, rəhbərliyə hesabat vermək.
Tələblər
- Satış sahəsində təcrübə
- aptek və ya əczaçılıq məhsulları bazarında təcrübəyə üstünlük verilir
- Komanda idarəetməsi, əməkdaşların öyrədilməsi və nəticələrə görə yönləndirilməsi bacarığı
- İşə qəbul, satış planlaması və nəticələrin təhlili üzrə praktiki biliklər
- Güclü ünsiyyət, danışıqlar aparmaq və təşkilatçılıq bacarıqları
- Məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük
- Azərbaycan dilini sərbəst bilmək
- rus dili biliyi üstünlükdür
- Apteklərlə işləməyə və sahədə komanda ilə birlikdə fəaliyyət göstərməyə hazır olmaq.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Satış meneceri üzrə bazar adətən 600–1 250 ₼ ödəyir, median — 900 ₼.
131 açıq vakansiya, 116 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satış meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Əməkhaqqı 1500–3000 ₼ aralığındadır.
CV göndərmək və əvvəlki rəhbərlik təcrübəsi barədə qısa məlumat əlavə etmək tələb olunur. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçAylıq bonus və mükafatlar mövcuddur.
CV-nizi göndərin və rəhbərlik təcrübəniz barədə məlumat əlavə edin. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatış meneceri üzrə Bakıda digər açıq elanlar.
HORECA kanalı üzrə satış planlarını icra etmək və komanda idarəetmə bacarığı tələb olunur
Satış nümayəndələrinin fəaliyyətini idarə edir və satış bacarıqları tələb olunur
Satış şöbəsini idarə edir, müştəri cəlb edir və satış planlarını yerinə yetirir, 3 il təcrübə tələb olunur
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur




