Korporativ müştərilərlə işləyir, yeni müştəri bazası yaradır və satışları idarə edir, 3 il təcrübə tələb olunur.
Vakansiya haqqında
B2B Satış təmsilçisi
Tibbi geyim və tekstil məhsullarının satışı
İş şəraiti
- İş yeri: Qobu park3 yaşayış massivi
- İş qrafiki: 6 günlük iş qrafiki
- İş saatları: 09:00–17:00
- Əməkhaqqı: Müsahibə zamanı razılaşma əsasında
- İşin əsas istiqaməti: tibbi müəssisələrə B2B satış
- İş həm ofisdə, həm də müştərilərlə görüşlərdə həyata keçirilir.
- Əsas müştərilər: xəstəxanalar, klinikalar, laboratoriyalar, stomatoloji mərkəzlər və digər tibbi müəssisələr.
Təklif edirik
- Rəsmi əmək müqaviləsi;
- Sabit əməkhaqqı + satış bonusu;
- Satış nəticələrinə uyğun əlavə gəlir imkanı;
- İş üçün zəruri məhsul və təqdimat materialları;
- Məhsullar və satış prosesi üzrə təlim;
- Peşəkar inkişaf və karyera imkanları;
- Stabil və inkişaf edən şirkətdə iş imkanı;
- Yüksək nəticə göstərən əməkdaşlar üçün gəlir artımı;
- Uğurlu satış nəticələrinin əlavə bonuslarla stimullaşdırılması.
Əgər yeni müştərilər tapmaq, aktiv satış həyata keçirmək və nəticəyə uyğun yüksək gəlir əldə etmək istəyirsinizsə, CV-nizi bizə göndərin.
Vəzifə öhdəlikləri
- Yeni korporativ müştərilərin axtarılması və cəlb edilməsi;
- Xəstəxana, klinika, laboratoriya və digər tibbi müəssisələrlə əlaqələrin qurulması;
- Müştərilərlə telefon və üzbəüz görüşlər keçirmək;
- Şirkətin istehsal etdiyi tibbi geyim və tekstil məhsullarını təqdim etmək;
- Müştərinin ehtiyaclarını müəyyənləşdirmək və uyğun məhsullar təklif etmək;
- Kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi;
- Sifarişlərin qəbul edilməsi və istehsal prosesi ilə koordinasiya olunması;
- Müştərinin model, ölçü, rəng, parça, say və digər tələblərinin dəqiqləşdirilməsi;
- Mövcud müştərilərlə əlaqələrin qorunması və təkrar satışların artırılması;
- Yeni satış kanallarının və potensial müştərilərin müəyyən edilməsi;
- Bazar və rəqib araşdırmalarının aparılması;
- Gündəlik/həftəlik satış fəaliyyətləri üzrə hesabatların hazırlanması;
- Aylıq satış hədəflərinin yerinə yetirilməsi.
Tələblər
- Satış sahəsində minimum 1 il iş təcrübəsi;
- B2B və korporativ satış təcrübəsi üstünlükdür;
- Güclü ünsiyyət və təqdimat bacarığı;
- Danışıqlar aparmaq və satış bağlamaq bacarığı;
- Aktiv müştəri axtarışı və soyuq əlaqə yaratmaq bacarığı;
- Nəticəyönümlü, məsuliyyətli və təşəbbüskar olmaq;
- Azərbaycan dilində səlis danışıq;
- Rus dili biliyi üstünlükdür;
- MS Office proqramlarında işləmək bacarığı;
- B kateqoriyalı sürücülük vəsiqəsi;
- Şəxsi avtomobilinin olması mütləqdir;
- Müştərilərlə görüşlər üçün şəhər daxilində və lazım olduqda şəhərdən kənarda hərəkət edə bilmək.
Üstünlük veriləcək namizədlər
- Tibbi məhsulların satışı üzrə təcrübəsi olan;
- Tibbi geyim və uniforma satışı sahəsində çalışan;
- Tekstil və iş geyimləri üzrə satış təcrübəsi olan;
- Xəstəxana və klinikalarla əlaqələri olan;
- Korporativ müştərilərlə işləmə təcrübəsi olan;
- Tender və satınalma prosesləri barədə məlumatlı olan namizədlər.
Şirkət haqqında
“Gill Med” Məhdud Məsuliyyətli Cəmiyyəti 28 may 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə “Qobu Park-3” yaşayış kompleksinin açılışı zamanı Kiçik və Orta…
Gill Med MMC — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
B2B satış kanalı üzrə məhsulun bazara inteqrasiyasını və satışını idarə edir, 3-5 il təcrübə tələb olunur.
Korporativ müştərilərlə işləyir, yeni müştərilər cəlb edir və satış bacarığı tələb olunur.
Korporativ satış strategiyasını hazırlayır, yeni müştərilər cəlb edir və satış komandasını idarə edir.


