Korporativ müştərilərlə işləyir, satış təqdimatı və müqavilə bağlama bacarığı tələb olunur
Vakansiya haqqında
İş barədə məlumat:
- Korporativ satış strategiyasının hazırlanması və icrasını təmin etmək;
- Satış hədəflərinin müəyyən edilməsi və nəticələrin davamlı izlənilməsi;
- Yeni korporativ müştərilərin və layihələrin cəlb edilməsi;
- Mövcud müştərilərlə münasibətlərin inkişaf etdirilməsi və uzunmüddətli əməkdaşlığın qurulması;
- B2B və layihə satışlarının idarə olunması;
- Tender və kommersiya təkliflərinin hazırlanması prosesində iştirak etmək;
- Müştəri ehtiyaclarını təhlil edərək uyğun məhsul və həllərin təqdim olunmasını təmin etmək;
- Danışıqlar aparmaq, müqavilə şərtlərini razılaşdırmaq və satış prosesini yekunlaşdırmaq;
- Satış komandası üçün hədəflərin müəyyən edilməsi, iş bölgüsünün aparılması və komandanın inkişaf etdirilməsi;
- Satış göstəriciləri üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Debitor borclarının və müqavilə öhdəliklərinin izlənilməsi.
İş şəraiti
- İş rejimi: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə
- Həftə içi 5 iş günü saat 10:00-dan - 19:00-dək (şənbə günü qısa iş günüdür)
- Əmək haqqı: Müsahibə əsasında (artan əmək haqqı + yüksək bonus)
- Ünvan: Şərq bazarın yaxınlığı (metro 28 may)
Namizədə tələblər:
- Müvafiq sahə üzrə ali təhsil: İT, iqtisadiyyat, biznesin idarə edilməsi və ya marketinq ixtisasları üzrə təhsil arzuolunandır
- Texnologiya, elektronika, təhlükəsizlik sistemləri və ya əlaqəli sektorda iş təcrübəsi;
- Satış və komanda idarəetməsi üzrə uğurlu təcrübə;
- Satış planlaması və KPI-larla işləmək bacarığı;
- MS Office, CRM, ERP və digər müvafiq proqramlarda istifadə təcrübəsi
- Rus dili (Əla), İngilis dili (arzu olunan)
- Yaş: 26 – 40
Biz təklif edirik:
- Şəhərin mərkəzində rahat ofis və çevik iş şəraiti
- Yenilikçi və dinamik inkişaf edən şirkətdə işləmək
- Rəqabətli əmək haqqı və müavinətlər paketi
- Yeni ideya və yanaşmalara açıq mühit
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron ünvanına Subject/Mövzu hissəsində “Korporativ satış rəhbəri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur
Şirkət haqqında
"Hikvision Co” MMC 2013-ci ildən kommersiya, dövlət və sənaye obyektləri üçün təhlükəsizlik sistemlərinin layihələndirilməsi, quraşdırılmasını və texniki dəstəyi üzrə fəaliyyət göstərir.
Hikvision Co — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Tibbi məhsulların B2B satışını həyata keçirir, minimum 1 il satış təcrübəsi tələb olunur
B2B satış kanalı üzrə məhsulun bazara inteqrasiyasını və satışını idarə edir, 3-5 il təcrübə tələb olunur.
Korporativ müştərilərlə işləyir, yeni müştərilər cəlb edir və satış bacarığı tələb olunur.



