Müştərilərlə işləyir, satış planını yerinə yetirir və müştəri ehtiyaclarını müəyyən edir.
Vakansiya haqqında
Vəzifə öhdəlikləri
- Mağazaya daxil olan müştəriləri qarşılamaq, ehtiyaclarını müəyyənləşdirmək və tikinti-təmir materiallarının seçimi ilə bağlı peşəkar məsləhətlər vermək;
- Məhsulların keyfiyyəti, tərkibi, tətbiq qaydaları, sərfiyyat norması və istehsalçı ölkəsi barədə müştərilərə dəqiq məlumat təqdim etmək;
- Müəyyən edilmiş fərdi aylıq satış planını yerinə yetirmək, ziyarətçilərin alıcıya çevrilmə göstəricisini (Conversion Rate) artırmaq və müştərilər üçün tikinti smetalarını hesablamaq;
- Əsas məhsullarla yanaşı tamamlayıcı məhsulları (qum, plastikləşdirici, alətlər və bərkitmə vasitələri və s.) təklif etməklə orta çek məbləğinin və bir alış üzrə məhsul çeşidinin artırılmasına nail olmaq;
- Məhsulları vitrin və rəflərdə səliqəli, estetik görünüşə, daxili standartlara və planoqramaya uyğun yerləşdirmək;
- Qiymət etiketlərinin düzgün, aydın görünən və aktual olmasına nəzarət etmək;
- Yeni daxil olan tikinti materiallarının qəbulunda, sayımında və rəflərə yerləşdirilməsində iştirak etmək, zərurət olduqda mağaza əməkdaşlarına dəstək göstərmək;
- Məhsulların son istifadə tarixlərinə nəzarət etmək və FEFO prinsipinə uyğun olaraq (istifadə müddəti daha tez bitən məhsulun əvvəl satılması) satışını təmin etmək;
- Ehtiyatı azalan və ya tükənən məhsullar barədə mağaza rəhbərliyinə və ya təchizat şöbəsinə vaxtında məlumat vermək;
- Satış zalının, rəflərin və məhsulların təmizliyini, səliqəsini və nizamını daim qorumaq.
Tələb olunan tələblər və bacarıqlar
- Orta-ixtisas və ya ali təhsil;
- Tikinti materialları və ya pərakəndə satış sahəsində minimum 1 il iş təcrübəsi;
- Kompüterdən istifadə üzrə baza bilikləri;
- MS Word və Excel proqramlarında işləmək bacarığı;
- 1C satış proqramı ilə işləmək bacarığı;
- Güclü ünsiyyət və müştərilərlə işləmək bacarığı;
- Nəzakətlilik, müşahidəçilik və diqqətlilik;
- Məsuliyyətlilik və komandada işləmək bacarığı.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Satış təmsilçisi üzrə bazar adətən 520–900 ₼ ödəyir, median — 650 ₼.
87 açıq vakansiya, 88 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satış təmsilçisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Tikinti materialları və ya pərakəndə satış sahəsində minimum 1 il iş təcrübəsi tələb olunur.
İş saatları və iş günləri barədə məlumat verilməyib.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatış təmsilçisi üzrə Bakıda digər açıq elanlar.
Daxil olan zəngləri cavablandırır, satış edir və güclü ünsiyyət bacarığı tələb olunur
Yeni müştərilər cəlb edir, satış və müştəri xidməti bacarıqları tələb olunur.
Mağazada kişi ayaqqabılarının satışını həyata keçirir, satış və kommunikasiya bacarıqları tələb olunur.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur


