Müştərilərlə əlaqə qurur, satış planlarını icra edir və bazar araşdırması aparır.
Vakansiya haqqında
Caspian Prof Cosmetics MMC — Wella Professionals və Londa Professional brendlərinin Azərbaycanda rəsmi distribyutorudur və komandamıza Satış Təmsilçisi axtarır.
Vəzifə öhdəlikləri:
- Wella Professionals məhsullarını təqdim etmək və yeni salonlarla aktiv əməkdaşlıq qurmaq;
- Yeni müştərilərin axtarışı və cəlb edilməsi;
- Mövcud müştərilərlə əlaqələrin qorunması və inkişaf etdirilməsi;
- Salonlara mütəmadi səfərlər və məhsullar haqqında təqdimatların keçirilməsi;
- Satış planlarının yerinə yetirilməsi və nəticələrin artırılması;
- Bazar və peşəkar saç baxımı sahəsində yeni tendensiyaları izləmək;
- Müştərilərin ehtiyaclarını müəyyən etmək və uyğun məhsul həlləri təklif etmək.
Namizədə tələblər:
- Yaş: 25–45 yaş;
- Təhsil: Vacib deyil
- Satış sahəsində 1 ildən 3 ilə qədər iş təcrübəsi;
- Kosmetika, gözəllik və ya peşəkar saç baxımı sahəsində təcrübə arzuolunandır;
- Wella Professionals brendi haqqında məlumatlı olmaq üstünlükdür;
- Şəxsi avtomobilin olması üstünlükdür;
- Əla ünsiyyət və danışıqlar aparmaq bacarığı;
- Təşəbbüskarlıq, məsuliyyətlilik və nəticə yönümlülük;
- Komandada işləmək bacarığı;
- Azərbaycan və rus dillərini yaxşı bilmək;
- Qadın namizədlərə üstünlük verilir.
Biz nə təklif edirik:
- Rəqabətli əmək haqqı 1400-2200 AZN;
- Peşəkar inkişaf və təlim imkanları;
- İşin bütün mərhələlərində dəstək;
- Mehriban və peşəkar komanda;
- Beynəlxalq və tanınmış Wella Professionals brendi ilə işləmək imkanı;
- Gözəllik və peşəkar saç baxımı sahəsində inkişaf etmək üçün perspektivli iş mühiti.
İş qrafiki: Bazar ertəsi – Cümə: 10:00–19:00
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Satış təmsilçisi üzrə bazar adətən 550–1 000 ₼ ödəyir, median — 700 ₼.
177 açıq vakansiya, 157 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satış təmsilçisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Caspian Pof Cosmetics şirkəti Azərbaycanda Wella professionals brendinin rəsmi distibryutorudu.Şirkət Azərbaycanda Wella professionals brendinin topdan və pərakəndə satışı ilə məşğuldur.
Müraciətin
Bu vakansiya haqqında suallar
Bazar ertəsi – Cümə: 10:00–19:00 saatları arasında işləmək tələb olunur.
Əmək haqqı 1400–2200 ₼ aralığında təklif olunur.
Namizədin yaşı 25–45 arasında olmalıdır.
Satış sahəsində 1 ildən 3 ilə qədər iş təcrübəsi tələb olunur.
Namizədlər öz CV-lərini göndərməlidirlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatış təmsilçisi üzrə Bakıda digər açıq elanlar.
Müştərilərlə aktiv satış əlaqəsi qurur və məhsulları peşəkar təqdim edir.
Şirkətin məhsullarını satmaq və yeni müştərilər cəlb etmək üçün satış bacarıqları tələb olunur.
Korporativ müştərilərlə işləyən satış üzrə mütəxəssis, şəxsi avtomobil tələb olunur
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur





