Hazır fabrikat və ya yarımfabrikat məmulatlar hazırlayan, bişirmə sahəsində 1 il təcrübəsi olan şəxs.
Vakansiya haqqında
Azərbaycanda pizzaya olan baxışı dəyişən, keyfiyyət və yenilikçilik prinsiplərini ön planda tutan "Pizza Mizza" MMC
öz komandasına Mətbəx üzrə Briqada üzvü axtarır!
Vəzifə öhdəlikləri:
Mətbəx əməliyyatları və məhsulların hazırlanması:
Pizzaların və menyudakı digər təamların standartlara tam uyğun, keyfiyyətli və vaxtında hazırlanması
Sifarişlərin dəqiq və düzgün reseptura əsasında icra edilməsi
Növbə başlayarkən və bitərkən mətbəx stansiyasını işə hazırlamaq və təhvil vermək
Xammal və ərzaqların saxlanma qaydalarına və istifadə müddətlərinə (FIFO prinsipinə) əməl olunması
Gigiyena, keyfiyyət və təhlükəsizlik:
Mətbəxdə, iş masalarında və avadanlıqlarda təmizlik və sanitariya qaydalarına riayət edilməsi
Şəxsi gigiyena, xüsusi uniforma və Qida Təhlükəsizliyi (HACCP/ISO) standartlarına şərtsiz əməl olunması
Tullantıların və xammal itkisinin minimuma endirilməsi, resurslardan qənaətlə istifadə edilməsi
Restoranın mətbəx avadanlıqlarına və alətlərinə ehtiyatla yanaşılması
Komanda işi və əməkdaşlıq:
Növbə Meneceri və digər komanda üzvləri ilə koordinasiyalı işləyərək sifarişlərin sürətli təhvil verilməsini təmin
etməkYaranan texniki və ya əməliyyat çətinlikləri haqqında dərhal rəhbərliyə məlumat vermək
Tələblər
Orta və ya ali təhsil
Yaş həddi 18 – 35 aralığı
Mətbəx sahəsində işləmək həvəsi (təcrübə arzuolunandır, təlimlər keçirilir)
Məsuliyyətli, operativ, diqqətli və səliqəli işləmə bacarığı
Komandada işləmək qabiliyyəti və çevik öyrənmə həvəsi
Karyera yüksəlişinə maraq və inkişaf istəyi
İş şəraiti
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmləşdirilmə
6 günlük (növbəli) iş qrafiki
500 AZN (net) əmək haqqı + əlavə iş saatlarına görə ödəniş
Nahar şirkət tərəfindən təmin edilir
Ödənişsiz peşəkar təlimlər, gənc və dinamik kollektivdə sürətli karyera artımı
Əgər operativsinizsə, mətbəx işinə həvəsiniz varsa və gənc, dinamik komandada karyera qurmaq istəyirsinizsə, bizə qoşulun.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Aşpaz üzrə bazar adətən 600–900 ₼ ödəyir, median — 700 ₼.
44 açıq vakansiya, 46 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Aşpaz kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiyaya zəng edirlər — işəgötürən elanda yalnız nömrə qoyub.
+994774381415Bu vakansiya haqqında suallar
6 günlük növbəli iş qrafiki tətbiq olunur.
Əmək haqqı 500 ₼ (net) və əlavə iş saatlarına görə ödənişdir.
Yaş həddi 18 – 35 aralığıdır.
Ödənişsiz peşəkar təlimlər keçirilir.
Nahar şirkət tərəfindən təmin edilir.
Telefon vasitəsilə müraciət etmək lazımdır. Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarAşpaz üzrə Bakıda digər açıq elanlar.
Xəmir məmulatlarının hazırlanmasında təcrübəli usta və köməkçi tələb olunur
Mayalı və yarımfabrikat məhsullarını bişirir, sobaya nəzarət edir və satışa kömək edir.
Restoranda sendviçlərin hazırlanması və qonaqlara xidmət göstərmək üçün 1 il təcrübə tələb olunur.


