İaşə xidmətlərini idarə edir, müştəri xidməti və maliyyə hədəflərinə nail olur.
Vakansiya haqqında
- Şöbə üzrə əməkdaşlara aydın və başa düşülən iş istiqaməti verməklə, qonaqlara keyfiyyətli xidmət göstərilməsini təmin etmək;
- Xidmət müddətində işin gedişatının səmərəliliyinə və xidmətlərin ardıcıllığına nəzarət etmək və davamlı şöbə menecerinə təkliflər vermək;
- “Lenkeran Hotel and Resort Company” MMC-nin Nağd Vəsaitlərlə bağlı Proseduralarının icra olunmasını təmin etmək üçün qastronomiyanın nağd vəsaitlərlə bağlı funksiyasına yaxından nəzarət etmək və yoxlamaq;
- İllik biznes planının hazırlanması ilə yanaşı İaşə şöbəsinin planlaşdırılan gəlir və xərclərini, istismar edilən avadanlıqlarını, habelə mebel, qurğular və avadanlıqlar üzrə tələblərin müəyyən edilməsi üçün illik əməliyyat büdcəsinin işlənib hazırlanmasında iştirak etmək;
- İaşə şöbəsinin müəyyən edilmiş ilkin layihəyə müvafiq olaraq effektiv şəkildə idarə edildiyini təmin etmək;
- “Lenkeran Hotel and Resort Company” MMC-nin Qonaq Məmnunluğu və Şikayətlərə Baxılma Proseduralarına uyğunluğu təmin etmək üçün qonaq məmnunluğunu yoxlamaq və onun rəy və şikayətlərinə cavab vermək;
- Hər hansı şikayət, qonaqdan mənfi rəy, məmnunluq və ya otelin fəaliyyəti ilə bağlı şöbə menecerinə məlumat vermək;
- Qonağın tanınmasında qonaqların məlumat bazasından istifadə etmək;
- Restoranların işi, o cümlədən Standart İş proseduralarının yenilənməsi və ya onlara hər hansı əlavələrin edilməsi və yaxud hər hansı hissələrin silinməsi ilə bağlı lazım olan təkmilləşmələrə dair şöbə menecerinə təklif vermək;
- İşçilərin fəaliyyətinin qiymətləndirməsi, təlimləndirilməsi və onlara konsultasiya verilməsini mütəmadi olaraq aparmaq;
- Bütün işçilərin bazarda mövsümi və yeni məhsullar haqqında ən yeni məlumatlara malik olduqlarını təmin etmək;
- Şöbə üzrə müvafiq təlimlərin keçirilməsini icra etmək;
- Restoran, bar, banket və digər İaşə xidmətlərinin planlaşdırılması və koordinasiyasını icra etmək;
- Menyu planlaşdırılması, məhsul maya dəyərinin hesablanması və qiymət siyasətinin müəyyən etmək;
- Anbar ehtiyatlarının, məhsul sifarişlərinin və inventarizasiyanın idarə etmək.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Restoran meneceri üzrə bazar adətən 1 000–2 200 ₼ ödəyir, median — 1 500 ₼.
20 açıq vakansiya, 41 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Restoran meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Lənkəran şəhərində yerləşir.
İaşə şöbəsinin idarə olunması, xidmət keyfiyyətinin təminatı, işçilərin təlimi və anbar idarəçiliyi əsas vəzifələrdir.
İş saatları və günləri barədə məlumat verilməyib.
Biznes planlaşdırma, büdcə hazırlama, nağd vəsaitlərlə iş, müştəri məmnuniyyəti və şikayətlərin idarə olunması, işçi təlimi və anbar idarəçiliyi bacarıqları tələb olunur.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarRestoran meneceri üzrə Lənkəran şəhərində digər açıq elanlar.
Qida və içki şöbəsini idarə edir, 5 ulduzlu oteldə 2 il təcrübəsi tələb olunur.
F&B personalını idarə edir, menyu planlaşdırır və xidmət standartlarını təmin edir.
Restoran sahəsində komandanı idarə edir və R-Keeper proqramını mükəmməl bilir.



