Специалист по управлению персоналом

в Baku Digital MMC

Локация
Азербайджан
Опыт
2+ лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
17 июня 2026
Языки
Azerbaijani, Russian, English
Дедлайн
17 июля 2026

О роли

Baku Digital MMC İnsan Resursları üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir

İş şəraiti

  • İş yeri: Bakı şəhəri
  • İş rejimi: Tam iş günü (5 gün)
  • İş saatları: 09:00 – 18:00
  • Nahar fasiləsi: 13:00 – 14:00
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək

Vəzifə öhdəlikləri

  • Şirkətin insan resursları siyasətinin, daxili prosedur və qaydalarının tətbiqini, icrasını və təkmilləşdirilməsini təmin etmək;
  • Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq əmək münasibətlərini idarə etmək, əmək müqavilələri və əlaqəli kadr sənədlərinin ƏMAS sistemi üzərindən rəsmiləşdirilməsini təmin etmək;
  • İşçilərin şəxsi işlərinin formalaşdırılmasını, elektron sistemlərdə məlumatların düzgün və vaxtında daxil edilməsini, yenilənməsini və arxivləşdirilməsini təmin etmək;
  • Vakansiyaların hazırlanmasını, namizədlərin axtarışı, qiymətləndirilməsi, müsahibələrin təşkili və seçim prosesinin koordinasiyasını həyata keçirmək;
  • İşçilərin adaptasiya proseslərini, daxili kommunikasiya fəaliyyətlərini və işçi məmnuniyyətinin artırılmasına yönəlmiş təşəbbüsləri dəstəkləmək;
  • Aylıq iş vaxtı uçot tabellərini, məzuniyyət qrafiklərini və ezamiyyət sənədlərini hazırlamaq, əmək haqqı və digər ödənişlərlə bağlı məlumatları mühasibatlığa təqdim etmək;
  • Əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq əmrləri, vəzifə təlimatlarını, arayışları və digər kadr sənədlərini hazırlamaq;
  • ƏMAS, E-Sosial, DƏMX, İSB və digər dövlət informasiya sistemləri ilə işləmək, daxil olan sorğuları cavablandırmaq və məlumatların düzgün inteqrasiyasına nəzarət etmək;
  • İşçi sayı, vakansiyalar, məzuniyyət qalıqları, işçi dövriyyəsi və digər əsas HR göstəriciləri üzrə hesabatlar hazırlamaq, nəticələri təhlil edərək rəhbərliyə təqdim etmək;
  • Audit, daxili nəzarət və uyğunluq proseslərində iştirak etmək, şirkətə məxsus məlumatların və şəxsi məlumatların məxfiliyinin qorunmasını təmin etmək.

Namizədə tələblər

  • İnsan Resursları, Hüquq, Biznesin idarə edilməsi, Psixologiya və ya digər əlaqəli sahələr üzrə ali təhsil;
  • İnsan resursları sahəsində minimum 2 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə nəzəri və praktiki biliklər;
  • İnsan resurslarının əsas funksiyaları, standartları və prosedurları üzrə biliklər;
  • ƏMAS, E-Sosial, DƏMX, İSB və digər dövlət elektron platformaları ilə işləmə bacarığı;
  • İşə qəbul və müsahibə metodologiyaları üzrə bilik və təcrübə;
  • Rus və ingilis dillərini bilmək arzu olunandır;
  • Analitik düşüncə, yüksək məsuliyyətlilik, operativlik və detallara diqqət;
  • Effektiv ünsiyyət, təqdimat, problem həll etmə və komanda ilə işləmə bacarıqları;
  • Şəxsi məlumatların qorunması və məxfilik prinsiplərinə ciddi riayət etmək.

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
Специалист по управлению персоналом
Откликнуться