Ведущий специалист по управлению персоналом

в Stark Technology MMC

Локация
Азербайджан
Опыт
2–3 лет
Занятость
Полная занятость
Зарплата
1 500–1 800 ₼
Опубликовано
7 июля 2026
Языки
Azerbaijani, Russian
Дедлайн
7 августа 2026

О роли

Vəzifə öhdəlikləri:

  • Cari və perspektiv kadr tələbatının təmin edilməsi məqsədilə əmək bazarının araşdırılması, təhsil müəssisələri, məşğulluq xidmətləri və digər aidiyyəti təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurulmasının təşkil edilməsi;
  • Vakant vəzifələr barədə işçilərin məlumatlandırılmasının və namizədlərin cəlb edilməsi məqsədilə vakansiya elanlarının hazırlanmasının və dərc edilməsinin təmin edilməsi.
  • İnsan resursları üzrə kargüzarlıq işinin əmək qanunvericiliyinin tələblərinə uyğun təşkil edilməsinin və aparılmasının təmin edilməsi;
  • İşçilərin işə qəbulu, başqa vəzifəyə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi, şəxsi heyətin uçotunun aparılması, kadr sənədlərinin rəsmiləşdirilməsi, habelə həvəsləndirmə və mükafatlandırma ilə bağlı sənədlərin hazırlanmasının təmin edilməsi;
  • İşçilər barədə məlumat bazasının elektron informasiya sistemində formalaşdırılmasının, mütəmadi yenilənməsinin və tamlığının təmin edilməsi;
  • Əmək münasibətlərinin qanunvericiliyə uyğun rəsmiləşdirilməsinin və bu prosesin e-mas.sosial.gov.az elektron sistemi vasitəsilə həyata keçirilməsinin təmin edilməsi;
  • Struktur bölmələrdə əmək qanunvericiliyinin, normativ hüquqi aktların və Cəmiyyətin daxili normativ sənədlərinin tələblərinə əməl olunmasına nəzarət edilməsi;
  • Məzuniyyət qrafiklərinin hazırlanmasının və icrasının təmin edilməsi, əmək intizamına və daxili intizam qaydalarına riayət olunmasına nəzarət edilməsi;
  • Kadr axınının səbəblərinin təhlil edilməsi və müvafiq təkliflərin hazırlanması;
  • İş vaxtının uçotunun (davamiyyət cədvəllərinin) tərtib edilməsinin və icrasının təmin edilməsi;
  • İşçi heyətinin uçotunun və qeydiyyatının aparılmasının, insan resursları üzrə hesabatların hazırlanmasının və vaxtında təqdim edilməsinin təmin edilməsi.

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri;
  • 5 günlük iş həftəsi;
  • Əmək haqqı 1500-1800 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır).

Namizədə dair tələblər:

  • Ali təhsil (Hüquq, Biznesin İdarə Edilməsi və ya müvafiq sahədə).
  • İR/Kadr kargüzarlığı sahəsində minimum 2-3 il iş təcrübəsi.
  • AR Əmək Məcəlləsini mükəmməl səviyyədə bilmək və tətbiq etmək bacarığı.
  • e-mas.sosial.gov.az portalı ilə sərbəst işləmək bacarığı; İR elektron proqram təminatları (1C, ERP və ya digər sistemləri) ilə iş təcrübəsi.
  • Analitik düşüncə, idarəetmə və nəzarət bacarığı, komanda ilə işləmək və güclü kommunikasiya qabiliyyəti.

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
1 500–1 800 ₼
Ведущий специалист по управлению персоналом
Откликнуться