Ümumi məlumat
Birbankın Bakı filiallarında Müştərilərlə iş üzrə kiçik mütəxəssis vəzifəsi üzrə detallara qarşı diqqətli, ünsiyyət bacarıqları yüksək olan namizəd axtarırıq. Müştərilərimizə yüksək səviyyədə xidmət göstərmək əsas məqsədimizdir.
Öhdəliklər
- Müştərilərin ehtiyaclarını dərindən anlayaraq, empatiya ilə fərdi yanaşaraq, dəqiq, vaxtında və yüksək keyfiyyətli xidmətin göstərilməsi, müştəri məmnuniyyətinin təmin edilməsi;
- Bankın daxili qaydaları və tarifləri üzrə kreditlərin şərtləri və ödəniş qaydaları ilə bağlı müştərilərin müraciətlərini cavablandırılması;
- Bankın daxili qayda və tariflərinə uyğun olaraq verilmiş kreditlər üzrə xidmət haqlarının tutulmasının təmin edilməsi;
- Kreditlərin rəsmiləşdirilməsi və rəsmiləşdirilən kredit sənədlərinin arxivləşdirilməsi;
- Kredit portfelinə nəzarət edilməsi və təhlillər aparılması;
- Yeni müştərilərin cəlb edilməsi;
- Mülki Məcəlləyə uyğun olaraq müştəri hesabları üzrə ödənişlərin aparılması zamanı növbəlilik prinsiplərinə riayət edilməsi;
- Korporativ müştəri mədəniyyəti standartlarına əməl edilməsi;
- Hеsablaşma-pul sənədlərini rəsmiləşdirərək, hеsablarda əks еtdirməklə müştərilərin şəхsi hеsablarına işlənilməsi.
Tələblər
- Ali təhsilə;
- Mükəmməl səviyyədə Azərbaycan dili biliyinə (Rus və İngilis dili biliyi üstünlükdür);
- Yüksək səviyyədə ünsiyyət bacarığına;
- Empatiya və dinləmə qabiliyyətinə;
- Problem həll etmə bacarığı, təşəbbüskarlıq və sahiblənmə bacarığına;
- Çeviklik və adaptasiya bacarığına;
- Məsuliyyətlilik, öyrənmə çevikliyi və inkişafyönümlülük xüsusiyyətlərinə;
- Satış və inandırma bacarığına sahib olmaq.