Daxil olan zəngləri cavablandırır, müştəri xidmətində ünsiyyət bacarığı tələb olunur.
Vakansiya haqqında
Vəzifə öhdəlikləri
- Telefon və ya şirkətin sosial şəbəkə səhifələri üzərindən daxil olan zəng və müraciətləri vaxtında və müəyyən edilmiş qaydalara uyğun cavablandırır;
- Müraciət edənlərə Şirkət tərəfindən göstərilən xidmətlərlə bağlı lazımi məlumatlar, məsləhətlər və istiqamətlər verir;
- İlkin texniki dəstək xidmətlərini yerinə yetirir;
- Çağrı mərkəzinə daxil olan şikayət, təklif və tövsiyələri qəbul edir, dinləyir, sualları operativ cavablandırır, qarşıya çıxmış problemin operativ həlli məqsədilə müraciət edənləri aidiyyəti struktur və ya şəxslərlə əlaqələndirir;
- Çağrı mərkəzinə daxil olan müraciətlərin daxili sistemdə qeydiyyatını aparır, zənglərin elektron reyestrini işləyib hazırlayır və idarə edir;
- Qeydiyyata alınmış müraciətləri vaxtında həll edir və zərurət olduğu halda geridönüş zənglərini yerinə yetirir;
- Müraciət edənlərlə qanunvericiliyə və biznes etikası standartlarına uyğun olaraq (mehriban, təmkinlə, səbrlə, gülərüzlə və s.) ünsiyyət qurur;
Namizədə dair tələblər:
- Azərbaycan və Rus dillərində danışıq;
- Yüksək ünsiyyət qurma bacarığı;
- Ofis avadanlıqları ilə işləmə bacarığı;
- Öyrənməyə meyilli;
- Yaş həddi: 24-45.
İş şəraiti:
- Əmək haqqı: 500-650 AZN;
- Azərbaycan Respublikası ƏM-ə uyğun işə qəbul;
- İş qrafiki: Növbəli (gündüz və gecə növbəsi).
Müraciət etmək istəyən namizədlərin CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərmələri xahiş olunur.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Çağrı mərkəzi operatoru üzrə bazar adətən 575–1 000 ₼ ödəyir, median — 725 ₼.
12 açıq vakansiya, 26 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Çağrı mərkəzi operatoru kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakıda yerləşir.
Növbəli iş qrafiki, gündüz və gecə növbələri var.
Əmək haqqı 500-650 manat aralığındadır.
Yaş həddi 24-45 arasıdır.
Azərbaycan və Rus dillərində danışıq tələb olunur.
CV-ləri mövzu hissəsində vakansiyanın adını qeyd etməklə elektron poçt ünvanına göndərin. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarÇağrı mərkəzi operatoru üzrə Bakıda digər açıq elanlar.
Telefon zənglərini cavablandırır, müştəri şikayətlərini qəbul edir və sistemdə qaimə yerləşdirir.
Telefon zəngləri ilə müştəriləri cəlb edir və satış bacarıqları tələb olunur.
Daxil olan zəngləri cavablandırır, müştəri xidmətində yüksək səviyyədə ünsiyyət bacarığı tələb olunur.


