Müştəri müraciətlərini qəbul edir, sualları cavablandırır və problemləri əlaqələndirir, ünsiyyət bacarığı tələb olunur.
Vakansiya haqqında
Təsvir
- Kampaniyaların və xüsusi təkliflərin A-dan Z-yə qədər hazırlanması prosesində iştirak etmək, kampaniya brifinin hazırlanmasından rəy toplanmasına qədər bütün mərhələlərin icrasını təmin etmək;
- Təkliflərin hazırlanması zamanı bazar araşdırmalarında, beynəlxalq kampaniyaların və oxşar təkliflərin təhlilində iştirak etmək, hədəf müştəri seqmentlərinin ehtiyaclarına uyğun təkliflərin formalaşdırılmasına dəstək vermək;
- Məlumatların idarəedilməsi komandası ilə əməkdaşlıq edərək kampaniyalar üçün hədəf seqmentlərin müəyyənləşdirilməsində iştirak etmək və kampaniya elementlərinin uyğunluğunu təmin etmək;
- Rəqəmsal inkişaf və dizayn komandaları ilə birgə çalışaraq vizualların, mətnlərin və açılış səhifələrinin hazırlanmasında iştirak etmək, yaradıcı proses üzrə tapşırıqları icra etmək və kampaniya mesajlarının düzgün çatdırılmasını təmin etmək;
- Müəyyən edilmiş hədəf auditoriyası üçün müştəri kommunikasiya ssenarilərinin planlaşdırılmasında iştirak etmək, kommunikasiya təqviminin hazırlanmasına və kampaniyaların müxtəlif kommunikasiya kanalları üzrə icrasına dəstək göstərmək;
- Kommunikasiya proseslərinin düzgün icrası üçün iş axınlarını və asılılıqları anlamaq məqsədilə detallı proses xəritələrinin hazırlanmasını həyata keçirmək;
- Gündəlik olaraq hədəf ssenarilərini izləmək və analiz etmək, mövcud proseslərdə optimallaşdırma imkanlarını müəyyənləşdirmək və təkmilləşdirmə üzrə təkliflər vermək;
- Müştəri səyahətləri çərçivəsində yaranan texniki və ya məntiqi uyğunsuzluqları vaxtında aşkar etmək, prosesin düzgün işləməsi üçün müvafiq komandalarla koordinasiyada iştirak etmək.
- Müəyyən edilmiş qaydalar əsasında kampaniya tetikleyicilərini və əsas hadisələri izləmək;
- Mesajlar, vizuallar və təkliflər üzrə A/B testlərinin keçirilməsində iştirak etmək, nəticələri təhlil edərək əldə olunan nəticələri komanda ilə bölüşmək.
Tələblər
- Bakalavr təhsili;
- Minimum 1 il müvafiq iş təcrübəsi;
- Azərbaycan dili – C2 səviyyəsində;
- İngilis dili – minimum B1 səviyyəsində;
- MS Word, MS Excel, MS PowerPoint və MS Outlook proqramlarında işləmək bacarığı;
- Güclü yazılı və şifahi ünsiyyət bacarıqları;
- Danışıqların aparılması bacarığı;
- Qərarvermə və problem həll etmə bacarığı;
- Təqdimat bacarıqları;
- Öyrənməyə açıq olmaq və dəyişikliklərə çevik uyğunlaşmaq;
- Komandada səmərəli işləmək bacarığı.
İş qrafiki:
- 5 günlük.
İş yeri:
- Heydər Əliyev adına Beynəlxalq Hava Limanı
Vakansiya növü - Tam ştat
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Müştəri dəstəyi üzrə mütəxəssis üzrə bazar adətən 500–1 150 ₼ ödəyir, median — 700 ₼.
73 açıq vakansiya, 50 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Müştəri dəstəyi üzrə mütəxəssis kimi öz maaşını yoxlaŞirkət haqqında
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ölkənin mülki aviasiyası üzrə aparıcı qurumudur. Cəmiyyətin fəaliyyət istiqamətlərinə strateji planlaşdırma, beynəlxalq təhlükəsizlik və keyfiyyət standartlarına riayət olunmasına nəzarət…
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş həftədə 5 gün davam edir.
Minimum 1 il müvafiq iş təcrübəsi tələb olunur.
Azərbaycan dili C2, İngilis dili minimum B1 səviyyəsində olmalıdır.
MS Word, MS Excel, MS PowerPoint və MS Outlook proqramlarında işləmək bacarığı tələb olunur.
Bakalavr təhsili tələb olunur.
Güclü yazılı və şifahi ünsiyyət, danışıqların aparılması, qərarvermə, problem həll etmə, təqdimat və komandada işləmək bacarıqları tələb olunur.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMüştəri dəstəyi üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
Daxil olan zəngləri cavablandırır, müştəri xidmətində yüksək kommunikasiya bacarığı tələb olunur.
Abunəçi imtina sorğularını idarə edir, avadanlıq yoxlayır və müştəri xidməti bacarıqları tələb olunur.
Mənzillərin satış sonrası müştəri əlaqələrini idarə edir və problemləri həll edir.
Mövzu üzrə materiallar

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur





