Vakansiya haqqında

Təsvir

  • Kampaniyaların və xüsusi təkliflərin A-dan Z-yə qədər hazırlanması prosesində iştirak etmək, kampaniya brifinin hazırlanmasından rəy toplanmasına qədər bütün mərhələlərin icrasını təmin etmək;
  • Təkliflərin hazırlanması zamanı bazar araşdırmalarında, beynəlxalq kampaniyaların və oxşar təkliflərin təhlilində iştirak etmək, hədəf müştəri seqmentlərinin ehtiyaclarına uyğun təkliflərin formalaşdırılmasına dəstək vermək;
  • Məlumatların idarəedilməsi komandası ilə əməkdaşlıq edərək kampaniyalar üçün hədəf seqmentlərin müəyyənləşdirilməsində iştirak etmək və kampaniya elementlərinin uyğunluğunu təmin etmək;
  • Rəqəmsal inkişaf və dizayn komandaları ilə birgə çalışaraq vizualların, mətnlərin və açılış səhifələrinin hazırlanmasında iştirak etmək, yaradıcı proses üzrə tapşırıqları icra etmək və kampaniya mesajlarının düzgün çatdırılmasını təmin etmək;
  • Müəyyən edilmiş hədəf auditoriyası üçün müştəri kommunikasiya ssenarilərinin planlaşdırılmasında iştirak etmək, kommunikasiya təqviminin hazırlanmasına və kampaniyaların müxtəlif kommunikasiya kanalları üzrə icrasına dəstək göstərmək;
  • Kommunikasiya proseslərinin düzgün icrası üçün iş axınlarını və asılılıqları anlamaq məqsədilə detallı proses xəritələrinin hazırlanmasını həyata keçirmək;
  • Gündəlik olaraq hədəf ssenarilərini izləmək və analiz etmək, mövcud proseslərdə optimallaşdırma imkanlarını müəyyənləşdirmək və təkmilləşdirmə üzrə təkliflər vermək;
  • Müştəri səyahətləri çərçivəsində yaranan texniki və ya məntiqi uyğunsuzluqları vaxtında aşkar etmək, prosesin düzgün işləməsi üçün müvafiq komandalarla koordinasiyada iştirak etmək.
  • Müəyyən edilmiş qaydalar əsasında kampaniya tetikleyicilərini və əsas hadisələri izləmək;
  • Mesajlar, vizuallar və təkliflər üzrə A/B testlərinin keçirilməsində iştirak etmək, nəticələri təhlil edərək əldə olunan nəticələri komanda ilə bölüşmək.

Tələblər

  • Bakalavr təhsili;
  • Minimum 1 il müvafiq iş təcrübəsi;
  • Azərbaycan dili – C2 səviyyəsində;
  • İngilis dili – minimum B1 səviyyəsində;
  • MS Word, MS Excel, MS PowerPoint və MS Outlook proqramlarında işləmək bacarığı;
  • Güclü yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Danışıqların aparılması bacarığı;
  • Qərarvermə və problem həll etmə bacarığı;
  • Təqdimat bacarıqları;
  • Öyrənməyə açıq olmaq və dəyişikliklərə çevik uyğunlaşmaq;
  • Komandada səmərəli işləmək bacarığı.

İş qrafiki:

  • 5 günlük.

İş yeri:

  • Heydər Əliyev adına Beynəlxalq Hava Limanı

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı, Heydər Ɗliyev adına Beynəlxalq Hava Limanı
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
2 oktyabr 2026
Dillər
Azerbaijani, English
Son tarix
2 noyabr 2026
HRX ilə müraciət
7
Baxış
297

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Müştəri dəstəyi üzrə mütəxəssis üzrə bazar adətən 500–1 150 ₼ ödəyir, median — 688 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

75 açıq vakansiya, 50 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Müştəri dəstəyi üzrə mütəxəssis kimi öz maaşını yoxla

Şirkət haqqında

"Azərbaycan Hava Yolları" QSC
Airlines and Aviation · Baku
"Azərbaycan Hava Yolları" QSC — bütün vakansiyalar

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ölkənin mülki aviasiyası üzrə aparıcı qurumudur. Cəmiyyətin fəaliyyət istiqamətlərinə strateji planlaşdırma, beynəlxalq təhlükəsizlik və keyfiyyət standartlarına riayət olunmasına nəzarət…

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bu vakansiya haqqında suallar

Heydər Əliyev adına Beynəlxalq Hava Limanındadır.

İş həftədə 5 gün işlənir.

Minimum 1 il müvafiq iş təcrübəsi tələb olunur.

Azərbaycan dili C2, İngilis dili minimum B1 səviyyəsində tələb olunur.

MS Word, MS Excel, MS PowerPoint və MS Outlook proqramlarında işləmək bacarığı tələb olunur.

Güclü yazılı və şifahi ünsiyyət, danışıqlar aparmaq, qərarvermə, problem həll etmə və təqdimat bacarıqları tələb olunur.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Müştəri dəstəyi üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.

166 Yükdaşıma və Logistika
Junior · 1+ ilBakı
500–550₼

Müştəri zənglərini cavablandırır, sifarişləri idarə edir və stress altında qərar verir.

Order ManagementReport PreparationCustomer ServiceComplaint Handling+4
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Müştəri əlaqələrinin idarəedilməsi üzrə mütəxəssis
Müraciət et