Vakansiya haqqında

Hazırda komandamıza IT Biznes Analitik üzrə təcrübəçi axtarışındayıq. Bu təcrübə proqramı bank sektorunda biznes analitikası, layihələrin idarə edilməsi və məlumatların təhlili sahələrində praktiki təcrübə qazanmaq üçün əla fürsət təqdim edir. Uyğun namizəd biznes məlumatlarının təhlilində, trendlərin müəyyən edilməsində və biznes nəticələrinin yaxşılaşdırılması məqsədilə effektiv həllərin tətbiqinə dəstək göstərilməsində iştirak edəcək.

Vəzifə öhdəlikləri

  • Biznes analitikası komandası ilə əməkdaşlıq edərək məlumatların toplanması, təhlili və şərh edilməsində iştirak etmək.
  • Rəhbərlik üçün hesabatların və təqdimatların hazırlanmasına dəstək göstərmək.
  • Biznes proseslərinin xəritələndirilməsi və iş axınlarının təhlilində iştirak etmək.
  • Yeni layihələr üzrə tələblərin toplanmasına dəstək olmaq.
  • Əsas fəaliyyət göstəricilərinin (KPI) və biznes performansını ölçən metriklərin müəyyən edilməsində iştirak etmək.
  • Müştəri ehtiyacları və biznes trendləri ilə bağlı təhlillər aparmaq və müvafiq nəticələr təqdim etmək

Tələblər

  • İnformasiya texnologiyaları, kompüter elmləri, biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə sonuncu kurs tələbəsi və ya yeni məzun olmaq. Biznes analitikası (BA) və Agile metodologiyaları üzrə kurs və sertifikatların olması üstünlükdür;
  • Analitik düşünmə, problemləri strukturlaşdırma, məntiqi nəticələr çıxarma və məlumatlarla işləmək bacarığı;
  • Güclü yazılı və şifahi ünsiyyət bacarıqlarına malik olmaq; Azərbaycan və rus dillərini sərbəst, ingilis dilini isə ən azı orta səviyyədə bilmək (texniki sənədlərlə işləmək üçün);
  • SDLC, Agile/Scrum metodologiyaları və proseslərin modelləşdirilməsi (Flowchart, BPMN) üzrə ilkin biliklərə sahib olmaq;
  • Jira, Confluence, Miro və draw.io alətləri ilə işləmək barədə ilkin biliklərin olması üstünlükdür;
  • Ödəniş sistemləri və maliyyə modelləri haqqında məlumatlı olmaq üstünlükdür;
  • Öyrənməyə və peşəkar inkişafa həvəsli olmaq, məsuliyyətlilik, detallara diqqət, komandada işləmək və təşəbbüskarlıq bacarıqlarına malik olmaq.

Üstünlüklər

  • İnnovativ fintech həllərinin hazırlanması sahəsində praktiki təcrübə qazanmaq.
  • Bacarıqlara əsaslanan təlim: Bacarıqlarınızı inkişaf etdirmək və maliyyə texnologiyaları sahəsində istifadə olunan ən son alət və proqramlaşdırma dilləri ilə tanış olmaq.
  • Peşəkar inkişaf: Təcrübəli Biznes Analitiklərin keçirdiyi texniki sessiyalarda iştirak etmək.
  • Əyləncə: Sosial fəaliyyətlərdə, icma tədbirlərində və networking görüşlərində iştirak etmək, həmkarlarınızla səmimi və faydalı əlaqələr qurmaq.
  • Təcrübə: Biliklərinizin real peşəkar mühitdə necə tətbiq olunduğunu öyrənmək və fintech sektorunun dinamik mühiti haqqında məlumat əldə etmək.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, PBT2 (Port Baku Tower 2)
Təcrübə
Junior
Məşğulluq
Təcrübə proqramı
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
13 noyabr 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
12 dekabr 2026
HRX ilə müraciət
3
Baxış
288

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Biznes analitiki üzrə bazar adətən 800–1 200 ₼ ödəyir, median — 1 000 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

35 açıq vakansiya, 26 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Biznes analitiki kimi öz maaşını yoxla

Şirkət haqqında

Birbank
Banking · 5,001-10,000 · Bakı
Birbank — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Port Baku Tower 2-də yerləşir.

Azərbaycan və rus dillərini sərbəst, ingilis dilini isə ən azı orta səviyyədə bilməlidir.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Sonuncu kurs tələbəsi və ya yeni məzun olmaq kifayətdir.

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Biznes analitiki üzrə Bakıda digər açıq elanlar.

Ultra Technologies
Yeni başlayan · 1+ ilBakı
Maaş göstərilməyib

Biznes tələblərini toplayan, təhlil edən və sənədləşdirən İT biznes analitik tələb olunur

Business AnalysisBusiness Process AnalysisJiraConfluence+10
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
PROSYS LLC
MütəxəssisBakı
Maaş göstərilməyib

Mühasibat və vergi biliklərini biznes analitik kimi tətbiq edir, ERP və Agile bilikləri üstünlükdür.

AccountingFinancial ReportingBusiness AnalysisScrum+11
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Upsystems Llc
Yeni başlayan · 1–2 ilBakı
Maaş göstərilməyib

Biznes proseslərini analiz etmək və avtomatlaşdırma üçün tələbləri toplamaq bacarığı tələb olunur

Business Process AnalysisRequirements GatheringProject ManagementBusiness Process Optimization+3
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
İT biznes analitik təcrübəçi
Müraciət et