Начальник отдела кадров

в Xan

Локация
Азербайджан
Опыт
2+ лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
1 июля 2026
Языки
Azerbaijani
Дедлайн
1 августа 2026

О роли

İş yeri - Göygöl şəhəri

Əmək funksiyası:

Kadr siyasətinin təşkili və həyata keçirilməsi

  • Müəssisənin kadr siyasətinin hazırlanmasında iştirak etmək və icrasını təmin etmək;
  • İşçi heyətinə olan tələbatı müəyyənləşdirmək;
  • Kadr ehtiyatının formalaşdırılmasını təşkil etmək;
  • İşçi dövriyyəsinin təhlilini aparmaq və azaldılması üçün tədbirlər hazırlamaq.

İşə qəbul və işdən azad etmə proseslərinin idarə olunması

  • Vakant vəzifələr üzrə namizədlərin seçilməsini və müsahibələrin keçirilməsini təşkil etmək;
  • İşə qəbul, vəzifə dəyişikliyi, ezamiyyət, məzuniyyət və işdən azad etmə sənədlərinin hazırlanmasına nəzarət etmək;
  • Əmək müqavilələrinin bağlanmasını və dəyişdirilməsini təmin etmək.

Kadr uçotunun aparılmasına rəhbərlik

  • İşçilərin şəxsi işlərinin və əmək fəaliyyətinə dair sənədlərinin düzgün aparılmasına nəzarət etmək;
  • Kadr əmrlərinin hazırlanmasını və qeydiyyatını təşkil etmək;
  • Dövlət orqanlarına təqdim edilən kadr hesabatlarının hazırlanmasını təmin etmək.

Əmək qanunvericiliyinə riayət olunmasının təmin edilməsi

  • Müəssisədə əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarət etmək;
  • Daxili intizam qaydalarının tətbiqini təşkil etmək;
  • Əmək mübahisələrinin həllində iştirak etmək.

Təlim və inkişaf fəaliyyətlərinin təşkili

  • İşçilərin peşəkar hazırlıq və ixtisasartırma ehtiyaclarını müəyyən etmək;
  • Təlim proqramlarının təşkilini və həyata keçirilməsini təmin etmək;
  • Yeni işçilərin adaptasiya prosesinə nəzarət etmək.

Əmək intizamı və motivasiya sistemi

  • İşçilərin əmək intizamına riayət etməsinə nəzarət etmək;
  • Mükafatlandırma və motivasiya sistemlərinin hazırlanmasında iştirak etmək;
  • İşçilərin fəaliyyətinin qiymətləndirilməsi prosesini təşkil etmək.

Əməyin mühafizəsi və istehsal xüsusiyyətləri üzrə fəaliyyət

  • İstehsalat sahəsində çalışan işçilərin tibbi müayinələrinin vaxtında keçirilməsinə nəzarət etmək;
  • Əməyin mühafizəsi, sanitariya və təhlükəsizlik üzrə kadr sənədlərinin aparılmasında aidiyyəti bölmələrlə əməkdaşlıq etmək;
  • Qida və içki istehsalı sahəsi üçün tələb olunan sertifikat və təlimlərin kadr qeydiyyatını aparmaq.

Şöbənin fəaliyyətinin idarə edilməsi

  • Kadrlar şöbəsinin əməkdaşları arasında vəzifə bölgüsünü aparmaq;
  • Şöbənin iş planlarını hazırlamaq və icrasına nəzarət etmək;
  • Rəhbərliyə kadr vəziyyəti barədə mütəmadi hesabatlar təqdim etmək.

Tələblər:

  • Ali təhsil;
  • Tələb olunan vəzifə üzrə minimum 2 (iki) il iş təcrübəsi;

İş şəraiti:

  • İş qrafiki: bazar ertəsi-cümə günləri, saat 09:00 - 18:00
  • Nahar fasiləsi 13:00 – 14:00
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır

Mövzü yerinə “Kadrlar şöbəsinin rəisi” yazıb Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

О компании

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
Начальник отдела кадров
Откликнуться