Исполнительный ассистент директора

в Grand Agro MMC

Локация
Азербайджан
Опыт
3+ лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
23 июня 2026
Языки
Azerbaijani, Russian, English
Дедлайн
23 июля 2026

О роли

Təsvir

  • Direktorun gündəlik iş qrafikinin, görüşlərinin və prioritet tapşırıqlarının idarə edilməsi;
  • Təqvimin planlaşdırılması, görüşlərin təşkili, dəyişikliklərin koordinasiyası və iclas nəticələrinin izlənilməsi;
  • Daxili və xarici tərəfdaşlarla rəhbər adından peşəkar kommunikasiya və koordinasiyanın təmin edilməsi;
  • Rəhbərlik üçün hesabatların, təqdimatların, məktubların və digər biznes sənədlərinin hazırlanması;
  • Daxil olan sorğuların və məsələlərin prioritetləşdirilməsi, aidiyyəti struktur bölmələrə yönləndirilməsi və icrasına nəzarət;
  • Rəhbərin işgüzar səfərlərinin (aviabilet, otel, logistika və s.) təşkili;
  • Rəhbərin iştirak etdiyi layihələr üzrə tapşırıqların izlənilməsi və müvafiq status məlumatlarının hazırlanması;
  • Məxfi məlumatların qorunması və rəhbərlik səviyyəsində sənəd dövriyyəsinin idarə olunması;
  • Əsas fəaliyyət göstəricilərinin (KPI) izlənilməsi, nəticələrin təhlili və rəhbərliyə müvafiq məlumatların təqdim edilməsi.
  • Baş ofislə korporativ idarəetmə (governance) çərçivəsində əlaqələrin koordinasiyası, tələb olunan məlumat və hesabatların vaxtında hazırlanaraq təqdim edilməsinin təmin edilməsi;

Tələblər

  • Ali təhsil;
  • Sahə üzrə min. 3 il müvafiq iş təcrübəsi;
  • Azərbaycan, rus və ingilis dillərində sərbəst ünsiyyət bacarığı;
  • MS Office proqramlarında yüksək səviyyədə bilik;
  • Güclü təşkilatçılıq, planlaşdırma və koordinasiya bacarıqları;
  • İşgüzar yazışma və sənəd dövriyyəsinin idarə olunması təcrübəsi;
  • Məxfi məlumatlarla işləmə bacarığı;
  • Operativ, məsuliyyətli və nəticəyönümlü yanaşma.

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Nahar təminatı
  • Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

О компании

Grand Agro MMC
Baku

Grand-Agro MMC 23.01.2017-ci ildə hüquqi qeydiyyatdan keçmiş və 2017-ci ilin Aprel ayından fəaliyyətə başlamışdır. Şirkətin istifadəsində olan sahələr Abşeron yarımadasının Qala, Türkan, Hövsan, Ramana, Zirə, Şüvəlan ərazilərində yerləşir. Grand-Agro MMC –nin əsas fəaliyyət istiqaməti bağçılıqdır. Hal-hazırda şirkət Abşeron yarımadasında zeytun və badam bağlarının salınmasını həyata keçirir. Şirkətin gələcək planlarında yağ istehsalı zavodunun tikintisi və yaradılmış bağ ərazilərinin inkişaf etdirilməsi əsas yer tutur.

Все вакансии Grand Agro MMC

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
Исполнительный ассистент директора
Откликнуться