Vakansiya haqqında

İş yeri: Bakı, Azərbaycan

İş rejimi: Tam iş günü

Sahə: Təhlükəsizlik sistemləri, videomüşahidə və İT həlləri

Komandamızı genişləndirmək və diler şəbəkəmizin inkişafını sürətləndirmək məqsədilə nəticəyönümlü, təşəbbüskar və aktiv satış bacarıqlarına malik Dealer Sales Manager axtarırıq.

Vəzifə öhdəlikləri

  • Azərbaycan bazarında yeni dilerlərin, resellerlərin, pərakəndə satış mağazalarının, CCTV ustalarının və sistem inteqratorlarının müəyyən edilməsi və əməkdaşlığa cəlb olunması;
  • Potensial B2B müştərilərlə ilkin əlaqələrin qurulması, kommersiya təkliflərinin hazırlanması və əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi;
  • Mövcud diler şəbəkəsi ilə davamlı işgüzar münasibətlərin saxlanılması və satış həcminin artırılması;
  • Müştərilərə məhsul portfeli, qiymət siyasəti, xüsusi təkliflər və kampaniyalar haqqında məlumat verilməsi;
  • Müştəri görüşlərinin, məhsul təqdimatlarının və kommersiya danışıqlarının təşkili və aparılması;
  • Yeni müştərilərin ilk sifarişlərinin təmin edilməsi və uzunmüddətli əməkdaşlığın qurulması;
  • Müştərilərin ehtiyaclarının təhlili və uyğun texnoloji həllərin təklif edilməsi;
  • Rəqib şirkətlərin fəaliyyətinin, bazar qiymətlərinin və satış strategiyalarının monitorinqi;
  • Satış planlarının icrası və müəyyən edilmiş KPI göstəricilərinə nail olunması;
  • CRM sistemində müştəri bazasının, görüşlərin və satış fəaliyyətinin müntəzəm yenilənməsi;
  • Satış nəticələri, yeni müştərilər və bazar fəaliyyəti üzrə rəhbərliyə müntəzəm hesabatların təqdim edilməsi.

Namizədə tələblər

  • CCTV və təhlükəsizlik sistemlərinin satışı sahəsində minimum 2 il iş təcrübəsi;
  • Yeni müştərilərin cəlb edilməsi və aktiv B2B satış üzrə praktiki təcrübə;
  • Diler, reseller və distribütorluq satış modellərini anlamaq;
  • Videomüşahidə avadanlıqları, təhlükəsizlik sistemləri və əlaqəli texnoloji məhsullar haqqında biliklər;
  • Güclü ünsiyyət, təqdimat və kommersiya danışıqları aparmaq bacarığı;
  • Müştəri bazası yaratmaq və uzunmüddətli işgüzar əlaqələr qurmaq bacarığı;
  • Satış hədəflərinə fokuslanmaq və nəticəyönümlü işləmək bacarığı;
  • CRM və MS Office proqramları ilə işləmək bacarığı;
  • Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı;
  • Rus və ingilis dillərini bilmək üstünlükdür;
  • Sürücülük vəsiqəsi və aktiv avtomobil idarəetmə təcrübəsi üstünlükdür.

İş şəraiti

  • İş qrafiki: Həftədə 5 iş günü
  • İş saatları: 09:00–18:00 və ya 10:00–19:00
  • Əməkhaqqı: 700–1 000 AZN (namizədin bilik, bacarıq və iş təcrübəsindən asılı olaraq müəyyən edilir).

Biz nə təklif edirik?

  • Texnologiya və təhlükəsizlik sektorunda inkişaf edən şirkətdə karyera imkanı;
  • Rəqabətqabiliyyətli əməkhaqqı və satış nəticələrinə, KPI göstəricilərinə əsaslanan bonus sistemi;
  • Beynəlxalq brend və geniş məhsul portfeli ilə işləmək imkanı;
  • Peşəkar inkişaf və məhsullar üzrə mütəmadi təlimlər;
  • Dinamik və peşəkar komanda mühiti;
  • Karyera yüksəlişi və uzunmüddətli inkişaf perspektivi.

Bizim üçün vacib olan nədir?

  • Biz sadəcə mövcud müştərilərlə işləyəcək satış əməkdaşı deyil, bazarı araşdıran, yeni müştərilər tapan, diler şəbəkəsi quran və real satış nəticələri əldə edən komanda üzvü axtarırıq.
  • Əgər siz aktiv satışa, yeni biznes imkanlarının yaradılmasına və nəticə əldə etməyə fokuslanmış şəxssinizsə, komandamıza qoşulun!

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində Dealer Sales Manager qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
700–1 000 ₼
Yerləşdirilib
9 noyabr 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
9 dekabr 2026
Baxış
296

Maaş bazarla müqayisədə

Satış meneceri üzrə bazar adətən 610–1 450 ₼ ödəyir, median — 900 ₼.

bu vakansiya · 700–1 000 ₼
adətən bu qədər ödəyirlərnadir hallardabu vakansiya

108 açıq vakansiya, 111 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Satış meneceri kimi öz maaşını yoxla

Şirkət haqqında

OMNIVISION MMC
Showroom · Bakı
OMNIVISION MMC — bütün vakansiyalar

Yenilikçi Müşahidə Sistemləri | Azərbaycanda Uniview-in Rəsmi Distribyutoru | Güvənli Təhlükəsizlik Həlləri | Təhlükəsizlikdə yeni dövr başlayır !

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV

Faylı yükləPDF, 8 MB-a qədər

CV-niz artıq HRX-dədirsə, faylı yükləmək lazım deyil — nömrənizi təsdiqləyin, onu özümüz qoşacağıq.

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərindədir.

Tam iş günü, həftədə 5 iş günü, saat 09:00–18:00 və ya 10:00–19:00 işləmək tələb olunur.

Əməkhaqqı 700–1 000 ₼ aralığında, bilik və təcrübəyə görə müəyyən edilir.

Minimum 2 il CCTV və təhlükəsizlik sistemlərinin satışı sahəsində iş təcrübəsi tələb olunur.

Namizəd CV göndərməlidir, mövzu hissəsində Dealer Sales Manager qeyd edilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Satış meneceri üzrə Bakıda digər açıq elanlar.

TWC Management Consulting
Mütəxəssis · 1+ ilBakı
800₼

Bakıda HoReCa sektorunda satış meneceri kimi müştəri portfelini idarə etmək və satışları artırmaq.

Customer Relationship ManagementNegotiationMarket AnalysisOrder Management+4
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
2GİS
Bakı
1 100₼

Biznes müştərilərini cəlb etmək və satış planlarını yerinə yetirmək bacarığı tələb olunur

B2B SalesCold CallingNegotiationPresentation Skills+3
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Business Service Centre LTD
Rəhbər · 5+ ilBakı
Maaş göstərilməyib

Korporativ müştərilərin cəlb edilməsi və satış strategiyasının icrası üçün təcrübəli satış meneceri tələb olunur

Sales StrategyB2B SalesCustomer Relationship ManagementNegotiation+6
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bayramzadegroup
Mütəxəssis · 3–5 ilBakı
600–1 200₼

Məhsulların korporativ təqdimatı və satışını həyata keçirir, 3-5 il satış təcrübəsi tələb olunur

Corporate SalesOrder ManagementCustomer Relationship ManagementSales Reporting+2
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
700–1 000 ₼
Satış meneceri (dealer)
Müraciət et