Satış komandasını idarə edir, formalaşdırır və satış strategiyasını həyata keçirir
Vakansiya haqqında
Yeni korporativ müştərilərin cəlb edilməsi və mövcud satış potensialının genişləndirilməsi məqsədilə təcrübəli Satış Müdiri axtarır.
Əsas vəzifə və öhdəliklər
- Müəssisənin satış strategiyasının hazırlanması və icrasının təmin edilməsi;
- Yeni korporativ müştərilərin və biznes tərəfdaşlarının cəlb edilməsi;
- İstehsalat, sənaye, tikinti və digər biznes sektorlarında müştəri əlaqələrinin inkişaf etdirilməsi;
- B2B satış kanallarının genişləndirilməsi;
- Potensial müştərilərlə danışıqların aparılması və kommersiya təkliflərinin hazırlanması;
- Satış planlarının və gəlir hədəflərinin müəyyən edilməsi və icrasına nəzarət;
- Müştəri portfelinin formalaşdırılması və uzunmüddətli əməkdaşlıqların qurulması;
- Satış komandasının idarə edilməsi və fəaliyyətinin qiymətləndirilməsi;
- Bazarın, rəqiblərin və müştəri tələbatının təhlili.
Namizədə tələblər
- Satış sahəsində minimum 5 il iş təcrübəsi, rəhbər vəzifədə minimum 2 il təcrübə;
- İstehsalat, sənaye, tikinti və ya korporativ satış sahəsində təcrübə;
- Tikinti müəssisələri, iri şirkətlər və korporativ müştərilər arasında formalaşmış işgüzar əlaqələrə malik olmaq;
- Yeni müştərilərin cəlb edilməsi və satış kanallarının yaradılması bacarığı;
- Danışıqların aparılması və kommersiya şərtlərinin razılaşdırılması bacarığı;
- Satış komandasını idarə etmək və nəticələrə görə məsuliyyət daşımaq qabiliyyəti;
- Analitik düşüncə və nəticəyönümlülük.
Biz nə təklif edirik?
- Rəqabətqabiliyyətli əməkhaqqı və nəticəyə əsaslanan bonus sistemi;
- İdarəetmə və qərarvermə səlahiyyəti;
- Peşəkar inkişaf və karyera imkanları;
- İnkişaf potensialı olan istehsalat müəssisəsində rəhbər vəzifə.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış Müdiri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim edə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Satış meneceri üzrə bazar adətən 610–1 450 ₼ ödəyir, median — 900 ₼.
108 açıq vakansiya, 111 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satış meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Satış sahəsində minimum 5 il, rəhbər vəzifədə isə minimum 2 il iş təcrübəsi tələb olunur.
Rəqabətqabiliyyətli əməkhaqqı və nəticəyə əsaslanan bonus sistemi təklif olunur.
Namizəd CV-ni mövzu hissəsində “Satış Müdiri” qeyd etməklə təqdim etməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatış meneceri üzrə Bakıda digər açıq elanlar.
Un məhsulları üzrə satış strategiyasını hazırlamaq və satış komandasını idarə etmək tələb olunur
Satış strategiyasını hazırlayır, komandanı idarə edir və satış hədəflərinə nəzarət edir.
Tibbi xidmətlərin satışını idarə edir və satış strategiyasını hazırlamaq bacarığı tələb olunur
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur



