Vakansiya haqqında

BDA – Azərbaycanın aparıcı yaradıcı təhsil mərkəzidir. Beynəlxalq standartlarda peşə təhsili və beynəlxalq sertifikasiyalar (Adobe, Microsoft, Autodesk, Cisco, PMI və s.) təqdim edir. Ölkədən qlobal yarışlarda potensiallı namizədlərin iştirakını təmin edir və yerli istedadların beynəlxalq səviyyədə tanınmasına dəstək olur. Yerli istedadların qlobal səhnədə tanınmasına şərait yaradır, beynəlxalq yarışlar və tədbirlər təşkil edir.

Bu rolda əsas məqsəd satış komandasını idarə etmək və inkişaf etdirmək, şirkətin B2C və B2B satış nəticələrini yüksəltmək və satış prosesini sistemli, ölçülə bilən və dayanıqlı bir struktura çevirməkdir.

Biz satış komandasını idarə etmə təcrübəsi olan, zərurət yarandıqda satış prosesinə şəxsən qoşulub mürəkkəb danışıqları özü aparan, komandasını öz nümunəsi ilə inkişaf etdirən və satışın strukturlaşdırılmasına öz təcrübəsi ilə töhfə verən Satış rəhbəri axtarırıq.

Əsas vəzifələr:

  • Satış komandasını idarə etmək: məqsəd və hədəfləri müəyyənləşdirmək, iş prosesini təşkil etmək, performansı izləmək və dəyərləndirmək;
  • Komandanı inkişaf etdirmək: zəng və yazışmaları analiz etmək, fərdi feedback vermək, praktiki təlimlər keçirmək və komanda üzvləri arasında nəticə fərqini azaltmaq;
  • Zərurət yarandıqda B2C satış prosesinə şəxsən qoşulmaq: mürəkkəb danışıqları aparmaq, satış görüşlərində iştirak etmək və sövdələşmələri nəticəyə çatdırmaq;
  • B2B satış istiqamətini inkişaf etdirmək: korporativ müştərilərlə görüşlər, təqdimatlar və danışıqlar aparmaq, kommersiya təklifləri hazırlamaq və əməkdaşlıqları rəsmiləşdirmək;
  • Müştəri münasibətlərini idarə etmək: həssas və mübahisəli hallarda müştəri məmnuniyyətini və şirkətin maraqlarını balanslı şəkildə qoruyan həll variantları təklif etmək, müştəri loyallığını təmin etmək;
  • Mövcud satış prosesini qiymətləndirmək və təkmilləşdirmək: satış skriptləri, müqavilə və sənədləşmə, CRM və data idarəetməsi, hesabatlılıq və daxili standartlar üzrə təkliflər hazırlamaq və tətbiq etmək;
  • Satış üzrə bilik bazasını formalaşdırmaq (satış skripti, playbook, obyeksiyalarla iş metodikası), yeni əməkdaşların adaptasiyasına nəzarət etmək və komanda daxilində vahid satış standartlarını təmin etmək;
  • Konversiya, SLA və digər satış göstəricilərini izləmək, müştəri qərarlarına təsir edən amilləri analiz etmək, riskləri vaxtında müəyyənləşdirmək və operativ həll yolları təklif etmək.

Namizəddən gözləntilərimiz:

  • Satış sahəsində minimum 5 il təcrübə, bunun ən az 2 ili satış komandasının idarə edilməsi üzrə;
  • Rəqəmlərlə ifadə olunan real satış nəticələri və idarə etdiyi komandanın nəticələrini yüksəltmə təcrübəsi. B2C və B2B təcrübəsi, habelə təhsil və ya xidmət sektorunda iş təcrübəsi üstünlükdür;
  • Satış proseslərinin qurulması və standartlaşdırılması təcrübəsi (satış skripti, playbook, satış mərhələləri, CRM, müqavilə və sənədləşmə standartları);
  • Mentorluq və təlim bacarığı: komanda üzvlərinin inkişaf sahələrini müəyyənləşdirmək, motivasiyanı qorumaq və nəticələri yüksəltmək;
  • Müştəri münasibətlərinin idarə edilməsi və həssas halların həllində təcrübə: danışıq zamanı operativ, balanslı və hər iki tərəf üçün məqbul həll təklif edə bilmək;
  • Güclü şifahi və yazılı kommunikasiya, danışıqlar aparmaq və fərqli müştəri profilləri ilə professional münasibət qurmaq bacarığı;
  • Analitik düşüncə və problem-solving: hər yeni situasiyaya fərdi yanaşmaq və müstəqil həll yolları tapmaq;
  • Satış göstəriciləri ilə işləmək bacarığı: konversiya, satış hunisi və hesabatlar;
  • Rus dili biliyi üstünlükdür;
  • Yüksək məsuliyyət, təşəbbüskarlıq, sürətli icra və nəticəyönümlülük.

Bu rolda bizə yalnız komandaya istiqamət verən rəhbər deyil, satış prosesini yaxından tanıyan, zərurət yarandıqda mürəkkəb danışıqları özü aparan, komandasını öz təcrübəsi və nümunəsi ilə gücləndirən və satışın sistemli qurulmasına öz töhfəsini verən satış lideri lazımdır.

Maraqlanan namizədlərdən müraciətlərini "Satış rəhbəri | Ad Soyad" mövzu başlığı ilə, mail mətnində aşağıdakı 3 bəndə cavablarını qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

  • İdarə etdiyiniz komanda ilə əldə etdiyiniz bir nəticə: komandanın həcmi, konkret rolunuz, əsas göstəricilər və nəticə;
  • Mürəkkəb müştəri situasiyasını uğurla həll etdiyiniz bir hal: vəziyyət nə idi, hansı yanaşmanı seçdiniz və nəticə nə oldu;
  • Arzu etdiyiniz əmək haqqının minimum və maksimum aralığı.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
11 noyabr 2026
Dillər
Russian
Son tarix
11 dekabr 2026
HRX ilə müraciət
3
Baxış
255

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Satış meneceri üzrə bazar adətən 610–1 350 ₼ ödəyir, median — 925 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

109 açıq vakansiya, 112 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Satış meneceri kimi öz maaşını yoxla

Şirkət haqqında

Baku Design Academy
Təhsil, Təlim və peşəkar inkişaf · Bakı
Baku Design Academy — bütün vakansiyalar

Bakı Dizayn Akademiyası 2018-ci ildə təsis edilmişdir. Hal-hazırda akademiyada UX&UI, Modern Qrafik Dizayn, 3D Dizayn, İnteryer Dizayn və 2D Motion Graphics ixtisasları tədris olunur.

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV

Faylı yükləPDF, 8 MB-a qədər

CV-niz artıq HRX-dədirsə, faylı yükləmək lazım deyil — nömrənizi təsdiqləyin, onu özümüz qoşacağıq.

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərindədir.

Satış sahəsində minimum 5 il təcrübə, ən az 2 il satış komandasının idarə edilməsi tələb olunur.

B2C və B2B satış təcrübəsi, təhsil və ya xidmət sektorunda iş təcrübəsi üstünlükdür.

Satış proseslərinin qurulması, mentorluq, müştəri münasibətlərinin idarə edilməsi və analitik düşüncə bacarıqları tələb olunur.

Rus dili biliyi üstünlükdür.

Müraciətlər "Satış rəhbəri | Ad Soyad" mövzu başlığı ilə, mail mətnində 3 bəndə cavabları qeyd etməklə göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Satış meneceri üzrə Bakıda digər açıq elanlar.

Gun.az
Rəhbər · 5+ ilBakı
1 800₼

Avtomobil satış şöbəsini idarə edir, satış və komanda idarəçiliyində ən azı 5 il təcrübə tələb olunur

Sales ManagementTeam ManagementCommercial Proposal DevelopmentQuality Control+3
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Satış rəhbəri
Müraciət et