Müştərilərlə əlaqə qurur, satışları artırır və bazar payını genişləndirir, minimum 2 il təcrübə tələb olunur
Vakansiya haqqında
*B2B/korporativ satış təcrübəsi olan Korporativ
Satış Təmsilçisi*
İş yeri: Bakı şəhəri.
İş qrafiki: Bazar ertəsi–Şənbə, 09:00–18:00 (Şənbə qısa iş günü)
Son müraciət tarixi: 27 dekabr 2026
Şirkətimiz korporativ satış komandasını gücləndirmək məqsədilə nəticəyönümlü və təcrübəli B2B/korporativ satış təcrübəsi olan Korporativ Satış Təmsilçisi axtarır.
Biz nə təklif edirik?
-Peşəkar və inkişafyönümlü iş mühiti;
-Sabit əməkhaqqı + nəticələrə əsaslanan bonus sistemi;
-Karyera və peşəkar inkişaf imkanları;
-Dinamik və peşəkar komanda mühiti.
Əməkhaqqı və bonus şərtləri namizədin təcrübə və kompetensiyalarına əsasən müəyyən edilir.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Öhdəliklər
-Yeni korporativ müştərilərin cəlb edilməsi və mövcud müştəri portfelinin inkişaf etdirilməsi;
-Müştəri ehtiyaclarının təhlili və uyğun məhsul/xidmətlərin təqdim edilməsi;
-Kommersiya təkliflərinin, tender və RFQ/RFP sorğularının hazırlanması;
-Satış və müqavilə danışıqlarının aparılması;
-Lizinq, kredit və sığorta şirkətləri ilə koordinasiyalı iş;
-Satış planlarının və KPI-ların icrası;
-Sifariş və satış sonrası proseslərin izlənilməsi;
-Bazar və rəqib analizlərinin aparılması;
-CRM/1C sistemlərində iş və müntəzəm satış hesabatlarının hazırlanması.
Tələblər
-Minimum 3 il B2B/korporativ satış təcrübəsi;
-Avtomobil sektorunda, xüsusilə akkumulyator, motor yağı və sürtgü materialları üzrə satış təcrübəsi üstünlükdür;
-Güclü danışıqlar, təqdimat və müştəri münasibətlərinin idarə edilməsi bacarığı;
-MS Excel, PowerPoint, 1C və CRM üzrə iş təcrübəsi;
-Analitik düşüncə, planlama və nəticəyönümlülük;
-Azərbaycan və rus dillərində səlis danışıq və yazılı ünsiyyət. İngilis dili və ali təhsil üstünlükdür;
-Məsuliyyətli, təşəbbüskar və komandada işləmə bacarığı.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Satıcı üzrə bazar adətən 500–800 ₼ ödəyir, median — 600 ₼.
203 açıq vakansiya, 135 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satıcı kimi öz maaşını yoxlaMüraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Bazar ertəsi–Şənbə, 09:00–18:00, şənbə günü qısa iş günü.
Əməkhaqqı və bonus namizədin təcrübə və kompetensiyalarına əsasən müəyyən edilir.
Minimum 3 il B2B/korporativ satış təcrübəsi tələb olunur.
CV göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatıcı üzrə Bakıda digər açıq elanlar.
Kosmetika məhsullarının topdan satışını idarə etmək və yeni müştərilər cəlb etmək tələb olunur
Sənaye avadanlıqları satışını idarə edir, texniki bilik və 3 il təcrübə tələb olunur
Telesatış üzrə mütəxəssis kimi müştəri zənglərini idarə edir və satışa çevirir



